Xəlifə Harun ər-Rəşidlə eyni gündə doğulan bəstəkar

11:08 27-03-2020 | icon 147 | Mədəniyyət
Xəlifə Harun ər-Rəşidlə eyni gündə doğulan bəstəkar

Musiqi ilahi möcüzədir. Bu möcüzə, ruhu göyərçin kimi səmaya qaldıra bilir, xəyalları qanadlandırıb keçmişə, yaddaşında iz buraxan xatirələrə uçurdur...

 

...Deyilənlərə görə, Qafqazın böyük KİŞİərindən biri Şeyx Şamil İslam qaydalarına əsaslanıb musiqini şeytan əməli kimi qadağan etmişdi. Cəza tədbiri olaraq kimsənin musiqi səsləndirdiyi məlum olarsa, ona yetmiş dəfə çubuq vurulmasını da tapşırmışdı. Bir gün evə dönərkən anasının mahnı oxuduğunu görür. Ayaqları əsir, dili topuq vurur. Əmr edir ki, anasının əvəzinə ona mərhəmət göstərilmədən yetmiş dəfə çubuq vurulsun. Bəli, amansızcasına vururlar da. Amma MUSİQİ o qədər ölməzdir ki, qüdrətindən asılı olmayaraq, kimsə ona qadağa qoya bilmədi. Musiqi yaşayıb, bu gün də yaşayır…

 

Haradan yadıma düşdü bu olay, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu dünyada Vaqif Gərayzadə adında bir bəstəkar var. Onun nə danışdığı, nə düşündüyü mənim üçün maraqlı deyil, onun ruhlara sığal çəkən bəstələri maraqlıdır. Ola bilsin ki, dediklərini özündən öncə bir başqa cür deyənlər də olub. Axı əlahəzrət SÖZün yaşı Vaqif Gərayzadədən çox böyükdür. Lakin bəstələdiyi musiqidə keçmişin izi, gələcəyin sorağı var. Yəni ki, bir başqa ahəngdir, yeni səsdir...

 

Biz Üzeyir Hacıbəylini görməmişik, amma ona ehtiramımız sonsuzdur. Onu bizə sevdirən şəxsiyyətindən çox yaratdıqları olub. Vaqif Gərayzadə də yaradıb, mənəviyyat nümunəsi, musiqi əsərləri təqdim edib. Dinləmişik, ruhumuzu oxşayıb. Ruhları oxşadıqca da sevilib...

 

27 mart baharın yeddinci günüdür. Təbiətin qış yuxusundan oyanıb, tumurcuq-tumurcuq çiçək açdığı dövr. Bu tarixdə çox böyük insanlar dünyaya gəlib. Xəlifə Harun ər-Rəşid də bu günün dünyaya bəxş etdiyi hədiyyəsi idi. Onun dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni və elmi baxımdan sürətli inkişaf etmişdi. Yüz illərdir ki, əlahəzrət Zaman onu unutdura bilmir. Bəli, Vaqif Gərayzadə də martın 27-də anadan olub. Baharın yeddinci günündə...

 

…Deyirlər ki, dünya dağılanda İsrafil surunu çalacaq. Kim bilir, bəlkə də İsrafilin çalacağı musiqi Vaqif Gərayzadədən olacaq…

59 yaşın mübarək!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

Türk Birliyini bölən Erməni Virusu və mövcud durum-MÜSAHİBƏ

  Rauf Məmmədov: “Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır”

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Atəşkəs rejimi 21 dəfə pozulub

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Rayonlarda hava kəskin dəyişəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Prezidentin çağırışına qoşuldu

İranda koronavirusa yoluxanların sayı 32 332-yə

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Deputatlar bir-birindən 2 metr aralı oturacaq

Kapital Bank-dan təqaüdçülərə güzəşt!

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

Prezident 1 illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

İctimai iaşə müəssisələrinin yeni iş rejimi

Sabah hava dumanlı olacaq

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb