Vətəndaşları evakuator və avtomobilin yük yerində Bakıya gətirməyə cəhd edənlər saxlanılıb

14:31 27-03-2020 | icon 89 | Hadisə
Vətəndaşları evakuator və avtomobilin yük yerində Bakıya gətirməyə cəhd edənlər saxlanılıb

Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib.

 

"Təəssüflə qeyd edək ki, bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.

 

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus “VAZ 21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.

Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Xəbər lenti

Türk Birliyini bölən Erməni Virusu və mövcud durum-MÜSAHİBƏ

  Rauf Məmmədov: “Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır”

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Atəşkəs rejimi 21 dəfə pozulub

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Rayonlarda hava kəskin dəyişəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Prezidentin çağırışına qoşuldu

İranda koronavirusa yoluxanların sayı 32 332-yə

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Deputatlar bir-birindən 2 metr aralı oturacaq

Kapital Bank-dan təqaüdçülərə güzəşt!

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı

Prezident 1 illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

İctimai iaşə müəssisələrinin yeni iş rejimi

Sabah hava dumanlı olacaq

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

Vətəndaşlara ödənilmiş ƏDV-nin geri qaytarılması qaydası təsdiqləndi

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

Bakı küçələri axşam saatlarında yuyulub