"Bu məsələ çox şişirdilir"

15:08 18-05-2018 | icon 190 | Siyasət
"Bu məsələ çox şişirdilir"

"Azərbaycanda bəzi “vətənpərvərlər” bu məsələni əldə bayraq edir, qəzetlər, saytlar bu məsələdən yazır. Təbii ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı ədalətsizdir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin spikeri Oqtay Əsədov AŞ PA-da ölkəmizə qarşı qəbul edilən sanksiyaya münasibət bildirərkən deyib. O.Əsədov bildirib ki, bəziləri bu sanksiyanın ilk olduğunu deyirlər:

 

“Lakin bu ilk deyil, dəfələrlə belə hal olub. Biz AŞ PA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etmək üçün Dağlıq Qarabağda olan fransalı deputatın ölkəmizə gəlməsinə icazə vermədik və burada bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiya altında iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik".

 

Spiker qeyd edib ki, yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi:

“O ki qaldı Səməd Seyidova qarşı ədalətsiz sanksiyaya, bu məsələ çox şişirdilir. Burada nə baş verir? Səməd Seyidova icazə verilməyəcək ki, seçkili orqanlara seçilməsin. Heç seçilmək də istəmir. Seçilməsin də. İcazə verilməyəcək ki, başqa ölkənin müşahidə missiyasında iştirak etsin. Heç etməsin də. Burada nə var ki, bunu böyüdürlər? Səməd Seyidov bizim mübariz deputatımızdır. O öz işini, mübarizliyini davam etdirəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS