“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

15:24 18-05-2018 | icon 280 | Siyasət
“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

 

Qabil Hüseynli: “Avropa ilə münasibətlərin pozulmasına deyil, daha da inkişaf etdirilməsində maraqlıyıq”

 

“AŞPA-nın tətbiq etdiyi sanksiya ikilistandartların təzahürüdür. Yeni müstəqil dövlətlərə hər cür hüquqi yardım göstərmək əvəzinə, AŞPA-nın yürütdüyü bu cür  ikilistandartlar demokratiya və insan azadlıqlarına qarşıdır”.

 

Bunu Versus.Az-a politoloq Qabil Hüseynli AŞPA-nın  Azərbaycana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı şərhində bildirib.

Politoloq bildirib ki, AŞPA sanksiya tətbiq etməklə nəticə etibarilə Avropa üçün strateji əhəmiyyətə malik olan Azərbaycana qarşı ciddi problemlər yaradır.

 

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər. Avropa Azərbaycanın bir çox  layihələrindən, neft və qazından yararlanır. Yaxşı olardı ki, əlində olan dəyəri qiymətləndirməyi bacarsın. Bizlər Avropa ilə münasibətlərin pozulmasına deyil, daha da inkişaf etdirilməsində maraqlıyıq. Yaxşı olardı ki. Avropa da buna uyğun addımlar atsın”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS