“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

15:44 18-05-2018 | icon 306 | Gündəm
“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

 

Razi Nurullayev: “İstənilən halda Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində normal mövqe sərgiləməlidir”

 

“Avropa Birliyi heç vaxt Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birmənalı mövqe nümayiş etdirməyib”.

 

Bunu Versus.Az-a AXCP sədri Razi Nurullayev Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların aparılması, münaqişəli tərəflər arasında yeni sazişlərin imzalanması və problemin sülhlə nizamlanmasına dair avropalı deputatların fikirlərini şərh edərkən bildirib.

 

R.Nurullayev bildirib ki, “Şərq tərəfdaşlığı" ölkələrinin AB-nə inteqrasiyası sənədində Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü birmənalı olaraq tanınıb, Azərbaycanın ərazi bütövlüyü isə həmin sənədə qeyd olunmayıb:

 

“Azərbaycanla bağlı yazılmışdı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan rəhbərliyi arasında həll olunmalıdır və Avropa Birliyi yalnız onlara kömək göstərə bilər. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması, ərazi toxunulmazlığı ilə bağlı müddəa sənədə salınmamışdı. Bundan sonra Azərbaycan birmənalı mövqe sərgiləyərək “Şərq Tərəfdaşlığı”na inteqrasiya etmək istəmədi. Sonrakı mərhələdə isə artıq Azərbaycanın Avropa Birliyi ilə strateji əməkaşlığı və ikitərəfli sənədin imzalanması məsələsi ortaya düşdü”.

 

R.Nurullayev yeni sazişlə bağlı fikirlərin həmin məsələ ilə əlaqəli olduğunu qeyd edib:

 

“Avropa Birliyinin yeni tərəfdaşlıq sənədində qeyd olunmuşdu ki, biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıya bilər və Dağllıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən öhdəlikləri üzərimizə götürə bilərik”.

 

AXCP sədri hesab edir ki, istənilən halda Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində normal mövqe sərgiləməli və onun həllinə çalışmalıdır.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ