"Hər il 100 mindən artıq iş yeri yaratmalıyıq"

12:42 21-05-2018 | icon 154 | Siyasət
"Hər il 100 mindən artıq iş yeri yaratmalıyıq"

Azərbaycanda dayanıqlı inkişaf məsələləri hökumətin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı beynəlxalq konfransda deyib.

Ə.Əhmədov bildirib ki, dünyada insanların həyatının dəyişməsi üçün ən vacib amillərdən biri əməklə bağlıdır və Azərbaycan hökuməti layiqli əməyin təmin olunması istiqamətində bütün lazımi addımları atır:

 

“Son 15 ildə Azərbaycan 1,9 milyon yeni iş yeri yaradılıb. Bu, Azərbaycanda fəal əhalinin 40 faizə qədərini təşkil edir. Bundan sonra da insanların əmək fəaliyyətinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaq və bunun üçün bütün vasitələr, mexanizmlər həyata keçirilir”.

 

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan əhalisi sürətlə artan ölkələr arasındadır və hər il Azərbaycanda əhali 1,2 faizə qədər artır:

 

“Bu, kifayət qədər böyük rəqəmdir və 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir. Biz hər il 100 mindən artıq iş yeri yaratmalıyıq”.

 

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanda yaşı 29-a qədər olanlar əhalinin 46 faizini təşkil edir:

 

“Bu, qarşıda gənclərin əməklə təmin olunması istiqamətində mühüm vəzifələr qoyur. İnsanlarımızın daha keyfiyyətli əmək və daha yüksək həyat şəraiti ilə təmin olunması istiqamətində zəruri addımlar bundan sonra da atılacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS