"Yaxın həftələrdə əfv sərəncamının imzalanacağına inanırıq"

12:52 21-05-2018 | icon 183 | Cəmiyyət
"Yaxın həftələrdə əfv sərəncamının imzalanacağına inanırıq"

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Komissiya üzvü Əliməmməd Nuriyev bildirib ki, fevraldan başlayan Əfv Məsələləri Komissiyasının iclasları artıq başa çatıb:

 

“Bu müddət ərzində 10-dan çox iclas keçirilib və 1500-ə qədər ərizə və müraciətə baxılıb. Müraciətlərə baxılarkən cəmiyyətin, dövlətin mövqeyi, eyni zamanda milli maraqlar və digər amillər nəzərə alınıb. Bu müddət ərzində Komissiyanın iclasları açıq və şəffaf keçirilib. Bütün müraciətlərə diqqətlə baxılıb. Əfv Məsələləri Komissiyasının iclaslarının uzun müddət davam etməsinin səbəbi də bütün müraciətlərin hər tərəfli araşdırılması idi. Yaxın həftələrdə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına inanırıq”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev sonuncu dəfə əfv fərmanını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ