“Onlar bolşevik təfəkkürlü siyasətçilərdir”

14:28 21-05-2018 | icon 160 | Siyasət
“Onlar bolşevik təfəkkürlü siyasətçilərdir”

 

Razi Nurullayev: “Media Əli Kərimli, Cəmil Həsənli və digərləri barədə öhdəlik götürməyib”

 

“Təhqiri birmənalı olaraq ziyanlı və qəbuledilməz hesab etsəm də, buna baxmayaraq düşünürəm ki, siyasətçi tənqidə, hətta təhqirə belə, dözümlü olmalıdır. Xalq adından danışan şəxs xalqın bütün zümrələrinə açıq olmursa, özü tənqid edib, tənqid olunmağa dözmürsə, bu artıq biabırçılıqdır”.

 

Versus.Az-ın məlumatına görə, bunu özünü müxalifət adlandıran təşkilatlar tərəfindən bitərəf jurnalistlərin, o cümlədən “Meydan TV”-nin hədəfə götürülməsi ilə bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Onun sözlərinə görə, “Meydan TV” nə qədər çətin olsa da, balansı qorumağa çalışır, hər gün hakimiyyətin neqativlərini diqqətə çatdırmaqla yanaşı, müxalifətə də birmənalı yanaşmır ki, bu da müstəqil mətbuat üçün düzgün addım sayılır:

 

“Emin Milli ortaya normal jurnalist təfəkkürü qoyub. Hakimiyyət pis-yaxşı dözüm göstərir, amma müxalifət tənqidə dözümsüz olur. Heç bir media Əli Kərimli, Cəmil Həsənli, Milli Şura və digərləri barədə öhdəlik götürməyib ki, onları tənqid yox, ancaq təbliğ edəcəklər. Hansı xidmətlərinə görə?

Bu sadəcə, bolşevik təfəkkürünün ən pik nöqtəsidir. Səni təbliğ edəndə, sənə efir verəndə yaxşı, verməyəndə, yaxud tənqid edəndə pis? Elə bu hərəkətlərinizə görə marginallaşıb bir ovuc qalmısınız”.

 

Partiya sədri vurğulayıb ki, müxalifət adına iddialı təmsilçilərin 50-60 faizi müsahibə verəndə də jurnalistlə nəyi verib, nəyi verməyəcəyi barədə şərt kəsir. Hətta TV-yə dəvət zamanı da dəvət edilənlə eyni masanı paylaşmaqdan boyun qaçırır:

 

“Ayıbdır Vallah! Vacib olan olur ki, jurnalist dediklərimizi kontekstdən çıxarmasın. Hətta “Meydan TV” Milli Şuranın mitinqini real olaraq göstərəndə də onun üzərinə hücum çəkdilər. Başa düşmürəm, “Meydan Tv” montaj edib mitinqdə daha çox adam göstərməliydi?”

 

R.Nurullayev Milli Şuradakı qüvvələri və digər bəzi müxalifləri “söz azadlığı”, “media azadlığı” dedikləri halda buna əməl etməməkdə qınayıb:

 

“Danışmağa, tənqid etməyə nə var ki? Cəsarət lazımdır ki, tənqid etdiyin kimi, tənqid olunmağa da dözəsən. Bu nə təfəkkürdür ki, filankəs orada varsa, mən olmuram. Bu qüvvələr, bu özlərini müxalifət adlandıranlar, guya demokratiya quracaqlarına iddia edənlər başqası bir qurum yaradanda, iclas keçirəndə belə, onlara şərt qoyurlar. Soruşuram, siz kimsiniz ki?!. Uğursuz və nəticəsiz bolşevik təfəkkürlü siyasətçilər!!! Daha sizləri oxuyan və dinləyən yoxdur. Sizdən min dəfə yaxşı yazanlar, yaxşı danışanlar və yaxşı siyasət quranlar var”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS