Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün YENİ TƏKLİF

13:31 22-05-2018 | icon 239 | Gündəm
Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün YENİ TƏKLİF

"Son dövrlər respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır".

 

Versus.Az xəbər verir ki, bunu “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin, eləcə də BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak edir:

 

“Son 15 ildə bu sahədə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran mühüm amillərdən olub. Hamınıza məlumdur ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluq və layiqli işi, cins fərqi qoyulmadan bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı önə çəkir. Eyni zamanda gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq əməyindən istifadənin bütün formalarından imtina edilməsini, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, kiçik və orta sahibkarlığın inkişafını, əmək hüquqlarının qorunmasını, etibarlı, təhlükəsiz iş şəraitinin yaradılmasını, əmək miqrasiyası məsələlərini əsas prioritet kimi qeyd edir”.

 

AHİK sədri qeyd edib ki, yuxarıda sadalanan prioritetlərdən biri də qeyri-formal iqtisadiyyatın tənzimlənməsi olduğu üçün qeyri-formal məşğulluğun formal məşğulluğa keçidlə bağlı önəmli addımlardan biri sifarişçi təşkilatların da işəgötürən kimi dəyərləndirilməsi ola bilərdi:

 

“Belə ki, bu gün sifarişlə işləyən işçilərin sayı da durmadan artmaqdadır. Onların qeydiyyatı aparılmamaqla yanaşı hüquqlarının qorunması da təmin edilmir. Bu sahədə həm beynəlxalq təşkilatlar, həm də ölkələrin hökumətləri tərəfindən müvafiq tədbirlərin görülməsi vacibdir”.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS