Tanınmış siyasətçilərin xaricdə yaşayan övladları - SİYAHI

14:25 23-05-2018 | icon 231 | Cəmiyyət
Tanınmış siyasətçilərin xaricdə yaşayan övladları - SİYAHI

 

Corc Vaşinqton Universitetində siyasi menecment ixtisasi üzrə təhsilini başa vuraraq, magistr dərəcəsi alan AMİP lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun ABŞ-a köçdüyü barədə xəbərlər özünü doğrultmadı.

 

Versus.Az xəbər verir ki, partiyanın katibi Əli Orucov “Yeni Müsavat”a açıqlamasında A.Məmmədov ətrafında gəzən şayiələrin doğru olmadığını qeyd edib.

Bu xəbər təkzib edilsə də, bəzi məsələləri yenidən gündəmə gətirib. Belə ki Azərbaycanın iqtidar və müxalifət düşərgələrində öndə gedən çoxsaylı nüfuzlu simalar var ki, övladları ya xaricdə təhsil alırlar, ya da təhsillərini bitirdikdən sonra orada yaşayırlar. Avropada təhsil almasalar da, sonradan yaşamaq üçün müxtəlif ölkələrə üz tutanlar da az deyil. Tam əminliklə deyə bilərik ki, iqtidarın və müxalifətin nüfuzlu simaları övladlarının xaricdə oxumasını, yaxud yaşamasını daha çox istəyirlər. Siyasi palitraya nəzər yetirəndə barmaqla sayılacaq qədər simalar görmək mümkündür ki, övladları Azərbaycanda təhsil alsınlar, burada yaşasınlar. Bundan əlavə, elə yüksək rütbəli vəzifə sahibləri var ki, ailələrinin belə xaricdə yaşamasına üstünlük verirlər. Bir növ nə zamansa tutduqları postları itirmək təhlükəsi yaranarsa, xaricdəki mülklərinə, bank hesablarına nəzarəti, eləcə də ailələrinin təhlükəsizliyini əvvəlcədən qaranti altına almaq istəyirlər. İndiyə qədər müxalif siyasətçilərin Avropada təhsil alan, yaxud yaşayan övladları barəsində neqativ məlumatlar yayılmasa da, məmur övladları haqqında bunu demək mümkün deyil.

 

Versus.Az “Yeni Müsavat”-ın belə şəxslərin ortaya çıxardığı siyahısını təqdim edir.

 

MSDM rəhbəri İsa Qəmbərin böyük oğlu İlkin Kanadada yaşayır, kiçik oğlu Turqut isə Amerikada təhsil alır.

Müsavat başqanı Arif Hacılının qızı Amerikada, oğlu Polşada yaşayır.

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Londonda yaşayır, Avropada təhsil alıb. AXCP liderinin ailəsi də ilin çox hissəsini İngiltərədə keçirir.

ADP sədri Sərdar Cəlaloğlunun böyük oğlu Tural Norveçdə yaşayır, ailəlidir və bir oğlu var. Partiya sədrinin ikinci oğlu Cəlal İngiltərədə təhsil alıb, hazırda orada yaşayır.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ötən ilin avqustunda Azərbaycanı ailəsi ilə birlikdə tərk edərək Londona köçüb.

 

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasov konkret olaraq xarici ölkələrin birində yaşamasa da, tez-tez dəbdəbəli mülkləri ilə gündəmi zəbt edir. 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alan və bu mülk üçün 1,4 milyon funt-sterlinq ödəyən Y.Abbasovun daha çox İngiltərədə yaşadığı sirr deyil.

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadə Londonda təhsil alır. Son olaraq, o, bir il öncənin bu günlərində 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” London küçələrində “at oynatması” ilə gündəmə gəlmişdi. Onun cibində Britaniya vətəndaşı olmasını təsdiqləyən sənəd gəzdirdiyi barədə xəbərlər ara-sıra mətbuatda dolaşır.

 

Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin də ailəsi Londonda yaşayır. Hələ C.Hacıyev həbs edilməmişdən bir müddət öncə ailəsinin cinayət məsuliyyətinə cəlb olunacağını duyub onları ölkədən çıxarıb.

 

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov Azərbaycanda ali təhsil aldıqdan sonra Londona yollanıb. 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. A.Rəhimov evlidir və hazırda Londonda yaşayır. Onun da Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar var.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə digər məmur övladlarından geri qalmır. Adı ilk dəfə Azərbaycan mətbuatının gündəminə təhsil aldığı Londonda özünün əvəzinə digər bir şəxsi imtahana yollaması ilə gəlmişdi. Məlum olmuşdu ki, E.Əsgərov Londonda olarkən “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahan verməyin mümkünlüyünə inandırıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi (manatın indiki kursu ilə təxminən 4 min 500 manatdan artıq). Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazıb. Sonradan isə Elnar Əsgərovun Bakıya qayıtması barəsində məlumat yayılıb. O,  Londonda təhsil alarkən adam bıçaqlaması haqda da xəbərlər vardı. E.Əsgərovun bıçaqladığı şəxsin milliyyətcə ingilis olduğu və hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilirdi.

 

13 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun da ailəsinin böyük qismi xaricdədir. Onlar əsasən Almaniyada yaşayırlar.

 

Siyahını istənilən qədər uzatmaq olar. Görünən odur ki, iqtidar və müxalifət düşərgəsi üçün London daha cazibədar görünür. Doğrudur, müxalif kəsimin övladlarını bahalı olduğu üçün İngiltərədə oxutmaq imkanları zəifdir. Həm də bu düşərgənin öndə gedən simalarının Londonda mülkləri, yüksək məbləğdə maliyyə imkanları yoxdur. Yalnız AXCP sədri Əli Kərimli barəsində bunu deyə bilmərik ki, onun da oğlu oradadır.

 

Məmurların isə övladlarına London təhsili vermələrinə əsas səbəblərdən biri bu şəhərin çirkli pulların vətəni sayılmasıdır. Azərbaycandaxil, dünyanın hər yerindən məmurlar korrupsiya və rüşvətxorluqla mənimsədikləri pulları London banklarına yerləşdirirlər. Onlara nəzarət etmək üçün isə təhsil adı altında övladlarını İngiltərə göndərir, orada yaşamalarını təmin edirlər. Məmur övladlarının İngiltərədə vətəndaşlıq almalarınının  asan olması da bununla əlaqədardır...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS