"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

18:56 23-05-2018 | icon 305 | Gündəm
"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana öz həqiqi münasibətini ortaya qoydu”.

 

Versus.Az xəbər verir ki, bunu ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Bildirib ki, Rüstəm İbrahimbəyovun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir:

 

“O, bu yoldan əl çəkmək istəmir. Bu nifrət və küdurətlə hətta Azərbaycana prezident də olmaq istəyirdi. Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdiriliməsi olacaqdı.

Vaxtı ilə Rüstəm İbrahimbəyovu özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm. Sizin də bir zaman ortaya qoyacağınız “Qafqaz üçlüyünüz" var?”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS