"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

19:32 23-05-2018 | icon 285 | Gündəm
"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

“Peşəsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq, ümummilli məsələlərdə hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dövlətçilik və milli maraqları hər şeydən uca tutmalıdır. Xalqımız hər zaman bu kimi məsələlərdə vahid mövqedən çıxış etməyi bacarıb. Təəssüf ki, “sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər. Daim Vətənə, xalqa qarşı təbliğat aparan bu cür ünsürlər erməni maraqlarına xidmət edirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan, 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə sülhsevər kimi təqdim olunması R.İbrahimbəyov kimi antimilli ünsürlərin hansı qaranlıq mənbələrdən “qidalandığı”nı açıq şəkildə nümayiş etdirir:

 

“Filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadislərin təhrif olunduğunu, qərəzli və yalan məlumatların yer aldığını görürük. Rüstəm İbrahimbəyova sual vermək lazımdır, Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması nə tez yadından çıxıb? Bəs Xocalı soyqırımı, qətlə yetirilən 613 Xocalı sakininin ruhu qarşısında necə cavab verəcəksən? Bütün bunları inkar etmək üçün ən azı erməni olmaq lazımdır”.

 

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, filmin əvvəlində azərbaycanlı uşaqların qorxaq, erməni uşaqların isə mərd, güclü, geniş ürəkli obraz kimi təqdim olunması R.İbrahimbəyovun ermənilərin əlində alət olduğunu, onların çirkin maraqlarına xidmət etdiyini nümayiş etdirir:

 

“İbrahimbəyov kimi milli xəyanətkarların iç üzü, əsl “niyyətləri” hər kəsə məlumdur. Bu kimi ünsürlər hər zaman pul, şöhrət üçün milli maraqları satmağa hazırdırlar. Bir vaxtlar Əkrəm Əylisli “Daş yuxular” əsəri ilə xalqımıza xəyanət etdiyi kimi, Rüstəm İbrahimbəyov da “Qafqaz üçlüyü” filmi ilə öz xislətini ortaya qoydu. Bəlkə də erməni “qardaşları” buna görə onun boynundan medal da asacaqlar. Ancaq Azərbaycan xalqı bu cür namərdləri bir daha qəbul etməyəcək. Məncə, insan üçün ən böyük əzab, dərd öz Vətənindən, torpağından qovulmaqdır. Əminəm ki, milli mənsubiyyəti olmayan, kökü bilinməyən İbrahimbəyov insani hisslərini itirdiyinə görə, bu onun üçün bir o qədər də önəm daşımır”.

 

V.Rəhimzadə əlavə edib ki, R.İbrahimbəyovun bu əməli bir daha “milli şura” adlı qurumun öz fəaliyyətini antimilli ideyalar əsasında qurduğunu göstərir:

 

“Bir vaxtlar Əli Kərimli, Cəmil Həsənli kimilər “milli şura”da birləşərək Rüstəm İbrahimbəyovu cəmiyyətə “ziyalı” kimi təqdim etməyə çalışırdılar. İndi bu şəxslər Rüstəm İbrahimbəyovun bu “əməllərinə” necə bəraət qazandıracaqlar? Təbii ki, bu, mümkün deyil. Çünki elə “milli şura” və bu cür ünsürlər də ermənipərəst dairələrə xidmət edirlər. Bu cür faktlar onların əsl simasını bir daha xalqa nümayiş etdirir”.

 

“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, R.İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə özünü “humanist” kimi tanıtmağa çalışır. Ancaq bu film bir daha İbrahimbəyovun Azərbaycanın və xalqımızın düşməni olduğunu təsdiqləyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS