“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

16:05 24-05-2018 | icon 354 | Cəmiyyət
“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

 

Qənirə Paşayeva: “Hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib”

 

 

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları - İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova, Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova  İndoneziya Respublikasının qadın hüquqları və uşaqların müdafiəsi naziri xanım Yohana Yembise ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə indoneziyalı xanım nazir Y.Yembise rəhbərlik etdiyi qurumun fəaliyyəti və bu sahə üzrə ölkələrindəki mövcud vəziyyət, həmçinin qarşılaşdıqları çətinliklər haqqında geniş məlumat verdi. Bildirib ki, ailə-məişət problemləri, qadın və uşaqların istismarı və digər problemlərə müdaxilə etmək, qarşısını ala bilmək məqsədi ilə regionlarda nazirliyin hüquq və sosial məsləhət mərkəzləri təsis edilib.

 

Öz növbəsində Qənirə Paşayeva səmimi qəbul və ətraflı məlumata görə xanım nazirə minnətdarlığını bildirib və onlara Azərbaycan qadınlarının salamlarını çatdırıb. Qeyd edib ki, onlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar İndoneziyada təşkil olunacaq proqramda iştirak etmək, bu nadir hadisəni məhz dost İndoneziyada qeyd etmək, indoneziyalı qadın həmkarları ilə tanış olmaq məqsədi ilə ölkəyə səfər ediblər.

 

Daha sonra Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verildiyini, Azərbaycan cəmiyyətində qadına qarşı xüsusi hörmətin mövcudluğunu, Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin göstərdiyi xüsusi qayğını, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. O, müasir Azərbaycanın inkişaf yolu, Azərbaycan-İndoneziya əlaqələrinin tarixindən, İslam dininin, Azərbaycandan İndoneziyaya və Cənub-Şərqi Asiyaya yayılmasından bəhs edib. Hazırkı ikitərəfli əlaqələrə toxunan millət vəkili Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti, xüsusilə də Xocalı soyqırımı haqqında danışıb və Azərbaycanın haqlı mövqeyinə dəstək verdikləri üçün İndoneziya xalqına və hökumətinə minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən Azərbaycan İqtisad Universitetinin prorektoru Səadət Qəndilovaya, Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayevaya, Bakı Dövlət Universitetinin alimi Ümmühəbibə Qələndərova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımızdan Məlahət Qəhrəmanova və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda öz fəaliyyət sahələri, təşkilatlarında qadınların rolu və Azərbaycan Hökumətinin onlara göstərdiyi qayğı və dəstəklər haqqında məlumat veriblər.

 

Görüşdə Q.Paşayeva xanım naziri Azərbaycana dəvət etdi və onu Azərbaycanda salamlamaqdan məmnun olacaqlarını bildirdi.

 

Görüşdə iştirak edən səfir Tamerlan Qarayev qarşı tərəflərə Azərbaycanın qadınlardan ibarət nümayəndə heyətini səmimi qəbul etdikləri üçün minnətdarlığını bildirib.

 

Sonda Azərbaycan nümayəndə heyəti adından millət vəkili Q.Paşayeva İndoneziya Respublikasının qadın hüquqları və uşaqların müdafiəsi naziri xanım Yohana Yembise Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS