Regionlar üzrə müəllimlərlə onlayn müsahibələrə start verilir

14:35 06-05-2020 | icon 154 | Təhsil
Regionlar üzrə müəllimlərlə onlayn müsahibələrə start verilir

Mayın 7-dən etibarən digər şəhər  və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlərlə mərhələli şəkildə onlayn müsahibələr keçiriləcək.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib. Bəzi ucqar bölgələr üzrə namizədlərin texniki problemlərə görə onlayn müsahibələrdə iştirakına şərait yaradılması ilə bağlı nazirliyin "Qaynar xətt"inə müraciətləri nəzərə alınaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən onlara müvafiq şəraitin yaradılması təmin olunacaq. Regionlar üzrə namizədlərin onlayn müsahibələrdə iştirakını təsdiq etməsi üçün son tarix 7 may saat 00:00-dır.

 

Qeyd edək ki, ötən gün  Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərlə onlayn müsahibələrin gedişatını yaxından izləyib.

 

Artıq üçüncü gündür davam edən müsahibələrdə 250-yə yaxın namizəd iştirak edib və gedişat zamanı hər hansı texniki problem yaranmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"