Azərbaycan İlham Əliyevin simasında dünyaya bir nümunə oldu

15:14 06-05-2020 | icon 157 | Siyasət
Azərbaycan İlham Əliyevin simasında dünyaya bir nümunə oldu

İlham Məmmədov: “Prezident özünə "Azərbaycanlıyam" deyən hər kəsə qürur yaşatdı”

 

"Pandemiyanın özü ilə insan fəaliyyətinim hər sahəsinə durğunluq, süstlük gətirdiyi bir vaxtda Prezident İlham Əliyev dünya siyasətinin gündəminə növbəti dəfə həqiqi bir lider obrazı təqdim etdi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

 

Millət vəkili bildirib ki, ölkəmizdə korona virusu ilə mübarizənin ən keyfiyyətli, düzgün yolunu müəyyən etmiş, dövlətin və əhalinin mənafelərinin yüksək səviyyədə qorunması kimi məsuliyyətli bir işin, xırda detallarına qədər, elmi istiqamətini müəyyən etməyə nail olmuş, bununla da dünyanın diqqətinin Azərbaycana yönəlməsini təmin etmiş Azərbaycan Prezidenti pandemiya dövründə ümumi evimiz olan dünya üçün narahatlıq hissilə əhəmiyyətli təşəbbüslə, həm də qısa vaxt ərzində, artıq ikinci dəfə çıxış etdi,bu təşəbbüslərin uğurla reallaşmasına nail oldu:

 

"Təxminən bir ay əvvəl cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə Zirvə görüşü pandemiya ilə mübarizə mövzusuna həsr edilmişdi. Bu tədbir olduqca zananında-pandemiya dalğasının dünyada hədsiz təşviş və həyəcan yaratdığı, minlərlə insanın sağlamlığını ciddi şəkildə təhdid etdiyi bir vaxtda baş tutmuş bir tədbir idi. Ən vacibi isə burdan dünyaya verilən mesaj idi. O da bundan ibarət idi ki, dünyanı bu qorxunc virusun cəngindən elə dünyanın özü öz birliyi, həmrəyliyi ilə xilas edə bilər. Mayın 4-də dünyanın diqqəti yenidən Azərbaycana yönəldi. Və bu dəfə Qoşulmama Hərəkatının sədri kimi dövlətimizin başçısının təşəbbüsü  ilə Təmas Qrupu formatında videkonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr edilmiş "COVİD-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirildi.

Prezident Zirvə görüşündəki çıxışında Qoşulmama Hərəkatının sədri olaraq ilk vaxtlardan çox böyük hədəfləri olduğunu bu sözlərlə ifadə etdi: "Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır".

Cənab Prezidentin belə bir tədbiri keçirmək təşəbbüsü koronovirus pandemiyası ilə qlobal mübarizə istiqamətində olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısının nitqində də pandemiyaya qarşı birgə mübarizə aparmaq, həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək təklifləri səsləndi. Qoşulmama Hərəkatı kifayət qədər geniş coğrafiyanı əhatə edir. Tədbirdə qırxdan çox ölkənin dövlət və hökumət başçıları edirdilər. Bundan başqa videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Avropa İttifaqının ali nümayəndəsinin iştirakı tədbirin möhtəşəmliyinin və əhəmiyyətinin sübutu idi. Azərbaycan Prezident İlham Əliyevin simasında dünyaya bir nümunə oldu. Çünki bu tədbir göstərdi ki, ölkəmizin rəhbəri koronavirusla yalnız milli səviyyədə, ölkə hüdudları daxilində mübarizə aparmaqla qalmır, həmçinin regional və qlobal miqyasda mübarizədə birliyin, həmrəyliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Cənab Prezidentin bu addımı isə Zirvə görüşünün bəyannaməsində çox doğru olaraq, "vaxtında və dəyərli görüş" kimi qiymətləndirildi. Və dövlətimizin rəhbəri növbəti dəfə özünə azərbaycanlıyam deyən hər kəsə qürur hissi yaşatdı". /olaylar/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir