Qulağı səsdə olan Şuşam

16:22 06-05-2020 | icon 610 | Kürsü
Qulağı səsdə olan Şuşam

Ümidini kəsmə, mənim gözəl ŞUŞAM

MƏHƏRRƏM ŞƏMKİRLİ
/AYB-nin və AJB-nin üzvü/


May ayının 8-ni də hər il üzüqara günümüz kimi göz yaşıyla yola salırıq. Gözəllər gözəli Şuşa da artıq neçənci dəfədir belə anılır, belə yola salınır. Təbiətin dilbər güşəsi, elimizin-obamızın qeyrət qalası olan Şuşam mənim- Azərbaycanın qızıl tacı. Tacımızı başımızdan nankorlar, çörəyi dizinin üstündə olanlar götürdülər, tacsız qaldıq.

 

Yüz dəfə, min dəfə üzür istəyirik, bizi - övladlarını bağışla, bağışla ki, səni - qeyrət qalamızı, baş tacımızı xəyanətdən, satqınlıqdan qoruya bilmədik. Çıxmış, ovcumuza tökülmüş gözümüzü qırpmadan əlimizdən verdik. Verdik bizimki deyilmiş kimi, verdik istədiyimizi əldə etmək üçün.

 

Bu rüsvayçılıq belimizi əysə də, üzümüzü qaradan-qara eləsə də 28 ildir ki, sınmış çiynimizdə daşıyırıq. Torpaq, vətən yolunda şəhid olmaq istəyənlər üçün nə yaman ağırdır bu yük, İlahi.

 

Mənim əsir Şuşam. Vaxt vardı sənin yaxın uzaq ölkələrə səs salan nər ürəkli, şir biləkli qeyrətli müdafiəçilərin var idi. Bizdə belə bir inam formalaşmışdı ki, quş quşluğu ilə sənə daxil ola bilməz. Qanad salar, çox təəssüflər olsun ki, xainlər, siyasi ailəmdə parlamaq, ad- san qazanmaq, var- dövlət toplamaq iddiasında olan məlunlar fitnə- fəsad yolu ilə mərdləri, qeyrətliləri, vətənpərvərləri pərən- pərən elədilər və dedilər Şuşa qalası heç vaxt, heç zaman düşmənə məğlub olmayacaq. Çünki onu biz qoruyuruq. Sadəlövh olan bizlər bu boşboğazlığa, yalana uyduq, qalanın yeganə qapısı müdafiəsiz qaldı.

 

Bəli, 28 ildir ki, əlin- qolun bağlı erməni əsirliyindəsən, 28 ildir övladlarından ayrısan, 28 ildir ürəkləri ehtizaza gətirən musiqin pərdə- pərdə dağlara, oradan da düzlərə yayılmır. 28 ildir yalançı, haqsız, həqiqəti görməyib kor olan dünyanın arxa, dayaq durduğu murdar erməninin əlində əsir-yesirsən. 28 ildir gözlərin yollarda, əsl insan səsi eşitməyən qulağın səsdə, özün dəmir qəfəsdəsən.

 

 Atalar deyib ki, yaman ilin ömrü az olar. Qanla, ölümlə qurulan, ucaldılan xaniman çox durmaz, dağılar, qan içində boğular. Sən bir az da döz, düşmənin mənəm - mənəmliyi uzun sürməyəcək. Qeyrətli oğullar günlərin bir günü ayağa qalxacaq, ermənilərin burunlarını ovub onlara indiyə kimi verilməyən dərsi verəcəklər. Ümidlə yaşa, ümidini kəsmə. Mənim gözəl ŞUŞAM!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənilərə yeni bir "APREL SİLLƏSİ" vurulmalıdır” - MÜSAHİBƏ

28 ildir işğalda qalan Laçının deputatı niyə bu gün susdu?

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib