"İslahatlar geniş və xalqın nəzarətində olmalıdır"

13:01 07-05-2020 | icon 153 | Siyasət
"İslahatlar geniş və xalqın nəzarətində olmalıdır"

Fuad Əliyev: "Prezidentin 4-5 regional nümayəndəsi təyin olunmalı və onlar nöqsanları birbaşa prezidentdə məruzə etməlidirlər"

 

“Vətəndaş savadlı olmayanda, öz hüquqlarını bilməyəndə rüşvət və korrupsiyanın kökünü kəsmək mümkün olmayacaq”.


Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev icra strukturlarında gedən həpsləri şərh edərkən deyib.


Partiya sədri bildirib ki, bəzi məmurlar vətəndaşın savadsızlığından öz şəxsi maraqları üçün hərəkət edirlər. Qanunla icazə olan hansısa bir sənədə və yaxud işə görə vətəndaşlardan rüşvət istəyirlər:

"Bu rüşvəti verən də cinayətə cəlb olunmalıdır, məsuliyyət daşımalıdır. Belə olsa onda çox şey dəyişər. Düzdür, burada başqa amillər - dövlət büdcəsində külli miqdarda yeyintilər də var. Saxlanılan icra başçılarının və digər məmurların yaşayış səviyəsinə baxın. Hərəsinin bir neçə milyonluq olan evləri, villaları, bahalı maşınları. Övladları xaricdə, daşınmaz əmlakları xaricdə, Azərbaycanın pulu ilə özlərinə xaricdə biznes qurublar. Bunların hamısı dövlətin vəsaiti hesabınadır. Dövlət bu vəsaiti əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ayırıb, məmur isə onu asanlıqla mənimsəyir. Çünki ictimai nəzarət yoxdur. Xalqın hakimiyyət üzərində nəzarəti yoxdur. Sistem köklü şəkildə dəyişilməlidir. Bütün bu dəyişikliklərin bir yolu var - azad, şəffaf və demokratik seçkilərin keçirilməsi. Xalq parlamenti seçəndən sonra, öz hökümətini də seçib nəzarət edə biləcək. Nazirlər, komitə rəhbərləri hər bir manatın hara xərclədiyini gəlib parlamentdə ən azı ayda bir dəfə hesabat verməlidirlər. Mütləq deklarasiya tətbiq olunmalıdır. Necə ki, mən seçkilərdə iştrak edəndə əmlak və gəlirlər barəsində MSK-ya məlumat verirəm".

 


F.Əliyev qeyd edib ki, islahatlar geniş və xalqın nəzarətində olmalıdır:

"Bələdiyyələrin fəaliyyətləri Bələdiyyə statusuna uyğun olmalıdr. Rayon İcra Hakimiyyət strukturları ləğv olunmalıdır. Onun əvəzinə prezidentin 4-5 regional nümayəndələri təyin olunmalıdır. Hansılar ki, maliyyə-təsarufat işlərinə qarışmayacaqlar, sırf nəzarət funksiyasını həyata keçirəcəklər, vətəndaşların şikayətlərini qəbul edib, yaranan problemləri, nöqsanları birbaşa prezidentdə məruzə edəcəklər. Nəzarət mexanizmi qurulmalıdır. Bu mexanizm qurulmasa, onda islahatların sadəcə adı qalacaq. Bütün sahələrdə islahatlar aparılmalıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO