"Bu həbs digər rayon rəhbərlərinə, digər məmurlara da ciddi dərs olmalıdır"

17:27 07-05-2020 | icon 212 | Siyasət
"Bu həbs digər rayon rəhbərlərinə, digər məmurlara da ciddi dərs olmalıdır"

Əlisahib Hüseynov: "Bütün məmurlar düzgün nəticə çıxarmalı, işlərində yol verdikləri nöqsanları aradan qaldırmalıdırlar"

 

"Həbs olunmaq, azadlıqdan məhrum edilmək adi insan üçün də, hər hansı bir məmur və ya tanınmış şəxs üçün də olduqca ağır hadisədir və ən sonuncu təsir vasitəsi kimi, islah və tərbiyə üsulu kimi nəzərdə tutulur. Bu bir aksiomadır və bu həqiqətin əlavə isbata ehtiyacı yoxdur. Xüsusən də hansısa bir rayonun icra başçısının həbs olunması qərarı heç də sıradan bir hadisə deyil və bu cür önəmli qərarlar birdən-birə verilmir. Odur ki, əgər bu və ya digər rayonun icra hakimiyyətinin başçısının həbsinə qərar verilirsə, demək ki, bu hadisə digər rayonların rəhbərlərinə və digər məmurlara da ciddi dərs olmalıdır, görk olmalıdır. Bu cür hay-küylü həbslərdən sonra yerdə qalan bütün məmurlar özləri üçün düzgün nəticə çıxarmağa, işlərində yol verdikləri nöqsanları aradan qaldırmağa çalışmalıdırlar. Çünki gerçəklik onu göstərir ki, Prezident İlham Əliyevin rüşvətə, korrupsiyaya bulaşmış, vətəndaşları incidən məmurları işdən azad etməsi və onların cinayət məsuliyyətinə cəlb olunması bəzi radikal müxalifət nümayəndələrinin iddia etdiyi kimi heç də dekorativ, kosmetik xarakter daşımır. Prezident kadr dəyişikliklərinin və islahat proseslərinin bundan sonra da ardıcıl surətdə davam etdirilməsində qərarlıdır. Odur ki, özünü doğrultmayan, vətəndaşların narazılığına səbəb olan, öz şəxsi mənafelərini dövlətin və xalqın maraqlarından üstün tutan icra başçılarının, müxtəlif ranqlı məmurların işdən çıxarılması, cinayət məsuliyyətinə cəlb edilməsi davam edəcək".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədrinin fikrincə, Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması Biləsuvar və İmişli rayon icra başçılarının həbsi ilə yekunlaşmayacaq:
 
"Proses davam edir. İmişlidəki son hadisələr də bunu təsdiqləyir. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Vilyam Hacıyevin müxtəlif qanunsuz yollarla külli miqdarda varidat toplaması, karantin günlərində dövlət tərəfindən vətəndaşlara verilən sosial vəsaitlərə, Heydər Əliyev Fondunun imkansız ailələr üçün göndərdiyi yardımlara əl qoyması, onları mənimsəməsi bu məmurun reallıq hissini itirməsindən xəbər verir".
 
 
Həbs olunan icra başçılarının və onların əlaltılarının yol verdiyi bu kimi qanunsuz hallar həm vətəndaşlarımız tərəfindən, həm də ölkə başçısı tərəfindən dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirildiyini vurğulayan Ə.Hüseynovun sözlərinə görə, bu məmurlar heç olmasa, cənab Prezidentə baxmalıydılar:
 
"Ondan nümunə götürməliydilər. Amma onlar isə tamamilə əks mövqe tutdular. Məsuliyyət hissini itirən bu şəxslər ölkəmizin dünyanı cənginə alan Covid-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan Prezident İlham Əliyevin yürütdüyü siyasətə qarşı vicdansızlığa yol verdilər, mənəviyyata sığmayan əməllərə imza atdılar. Hərçənd ki, cənab Prezident bundan əvvəl də dəfələrlə ictimaiyyət qarşısında çıxışlarında vəzifəli şəxslərə, xüsusilə də icra başçılarına xalqa fədakarlıqla xidmət etməyi, vətəndaşları incitməməyi, bürokratiya və süründürməçiliklərə yol verməməyi tövsiyyə edib, müvafiq tapşırıqlarını verib. Lakin bütün bunlara baxmayaraq sözügedən icra başçıları və onların əmrlərini yerinə yetirən yerli məmurlar yenə də öz antikonstusion fəaliyyətlərini davam etdiriblər.
Bu kimi halların baş verməsi isə heç şübhəsiz ki, ilk növbədə cəmiyyətin və dövlətin mənafeyinə ağır zərbə vurulmasına gətirib çıxarır. Ancaq Prezident İlham Əliyevin yerlərdə ciddi qanun pozuntularına yol verən, özbaşınalıq və dərəbəylik edən başçıların məsələsini nəzarətə götürməsi , Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xüsusi əməliyyatların keçirilməsi hər kəsə ciddi xəbərdarlıq siqnalı oldu. Həmçinin, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin ölkə başçısı tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin edilməsi faktı da korrupsiyaya bulaşan məmurlara qarşı barışmaz mübarizənin aparılacağının ismarıcıdır, anonsudur. Prezident bu cür açıq və konkret mesajları ilə, effektiv qərarları ilə istər icra başçılarını, istərsə digər məmurları yeni düşüncə tərzinə, yeni idarəetmə strategiyasına yiyələnməyə, islahatlar prosesinin bir parçası, fəal iştirakçısı olmağa və ən başlıcası isə yalnız və yalnız qanunlar çərçivəsində fəaliyyət göstərməyə dəvət edir".
 
 
DADP sədrinin fikrincə, aparılan bu cür geniş ictimai-siyasi, sosial-iqtisadi, məhkəmə-hüquq və kadr islahatlarının kökündə yalnız bir məqsəd dayanır - ölkəmizin yeni inkişaf mərhələsinə uğurlu keçidini təmin etmək:
 
"Bəli, Prezident bu gün məmurların qarşısında bu cür önəmli bir vəzifə qoyur. Bu vəzifənin məsuliyyətini dərk etmək, bu işin altına çiyin vermək əslində hər bir məmur üçün şərəf işi olmalıdır. Hazırki həssas dönəmdə hər bir məmur özünü Prezidentin əsgəri kimi hiss etməlidir. İstər aşağı, istər orta çaplı, istərsə də yuxarı eşalondakı hər bir məmur Prezidentin komandasında layiqli yer tutmaq üçün öz düşüncələrində və yanaşmalarında dəyişiklik etməlidir, yeni düşüncə tərzinə, yeni vizyona sahib olmalıdır. Köhnə zehniyyətlə nə Prezidentin etimadını qazanmaq, nədəki vətəndaşlara fədakarlıqla xidmət etmək mümkün deyil. Məmurlar nəhayət ki, bir həqiqəti dərk etməlidirlər ki, islahatların uğurla nəticələnməsi və ölkənin tərəqqisi onların cənab Prezidentin təşəbbüslərini sözdə deyil əməldə dəstəkləməsindən, vicdanla işləməsindən və ölkəmizin parlaq gələcəyi üçün öz məsuliyyətlərini dərk etməsindən asılıdır".
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

"Ramil Səfərovla bağlı yanlış və antimilli mövqeyinizə görə sizə ayıb olsun"

Əlisahib Hüseynov: "Bunların əcaib məntiqinə görə Ramil Səfərov səhv edib"

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Cəbhədə gərginlik

Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb

Türkiyədə koronovirusla bağlı bəzi məhdudiyyətlər götürülür

Kanadada silahlı insident baş verib, yaralılar var

"Tramp Çinin Honkonqla münasibətindən narazıdır"

Bağlı qapı arxasında 81 yaşlı kişinin meyiti aşkarlanıb

"Bavariya" liderliyini möhkəmlədib

"Hələ də köhnə streotiplərdən qurtula bilməyənlər varsa..." - MÜSAHİBƏ

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

"Dünyagörüşündə də mutasiya baş verə bilən siyasilər varmış"

Deputat Ramazan bayramında Qarabağ müharibəsi əlili və veteranlarını da unutmadı

Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradılıb

"Bu, Azərbaycanın daha da müasirləşməsinə təkan verəcək"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub