Şuşanın işğalından 28 il ötür

10:01 08-05-2020 | icon 544 | Qarabağ
Şuşanın işğalından 28 il ötür

Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 28 il ötür.

 

Versus.Az xəbər verir ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

 

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur.

 

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

 

Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

 

Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"