Azərbaycanda bu sözlər qanunvericilikdən çıxarılır

10:13 08-05-2020 | icon 108 | Cəmiyyət
Azərbaycanda bu sözlər qanunvericilikdən çıxarılır

Azərbaycan Respublikası BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasını ratifikasiya etməklə əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmətlə yanaşılması, onların bəşəriyyətin bir hissəsi kimi qəbul olunması kimi öhdəlikləri ilə yanaşı, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə şərəf və ləyaqəti alçaldıcı sözlərin ləğv edilməsi öhdəliyini üzərinə götürüb.

 

Versus.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.

 

Qeyd olunub ki, bu səbəbdən qanunvericilik aktlarında istifadə edilən "qüsur" sözünün "pozuntu", "kəkələmə" sözünün "qeyri-iradi nitq pozuntusu", "kar" sözünün "eşitmə qabiliyyəti məhdud", "kor" sözünün "görmə qabiliyyəti məhdud", "lal" sözünün "nitq qabiliyyəti məhdud" sözləri ilə və s. əvəz edilməsi təklif olunur. Bununla bağlı hazırlanan layihə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunacaq. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Şuşa inauqurasiyası, mən, qarğalar…

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib