“Bunu İbrahimbəyovu dəstəkləyən adamlardan soruşmaq lazımdır”

13:03 25-05-2018 | icon 239 | Siyasət
“Bunu İbrahimbəyovu dəstəkləyən adamlardan soruşmaq lazımdır”

 

Sərdar Cəlaloğlu: “Rüstəm İbrahimbəyovun əleyhinə çıxış edən adamlardan biri olmuşam”

 

 

“Bu cür boş müzakirələri buraxıb, torpaqların işğaldan azad olunması barədə düşünmək lazımdır. Rüstəm İbrahimbəyov düz deyir, qorxaq olmasaydıq, torpaqları çoxdan azad eləmişdik”.

 

Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində azərbaycanlıları xarakterizə edən neqativ elementlərlə bağlı açıqlamasında bildirib.

 

Həmin filmi görmədiyini, sadəcə olaraq Rüstəm İbrahimbəyovun Azərbaycan xalını qorxaq adlandırmasını eşitddiyini deyən S.Cəlaloğlu, bu mənada məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu deyib:

 

“Bu siyasi bir məsələ deyil, bu ədəbi bir vasitədir. Hələ Marks deyirdi ki, bəzən xalqları oyandırmaq üçün onları düşdyü vəziyyətdən iyrəndirmək lazımdır. Məsələn, ermənilərin məhşur yazıçısı var – Raffi – o, öz əsərində yazıb ki, ən cəsarətli erməni belə, toyuqdan da qorxaqdır. Amma ermənilər Raffini bütün dünyada onları təmsil edən böyük ədəbiyyat xadimi kimi təbliğ edirlər. Əsl təhqiri bizə qarşı Jirinovski eləmişdi. O demişdi ki, Azəbaycan xalqı qoyundur. Amma Azərbaycana gələndə onu yüksək səviyyədə qarşıladılar, hədiyyələr verdilər. Sənə “qoyun” deyəni hörmətlə qarşılayırsan, amma biri səni qorxaq adlandırırsa, niyə bunu qəbul etmirsən”.

 

S.Cəlaloğlu eyni zamanda filimdə azərbaycanlıların qaniçən, vəhşi kimi təqdim edilməsini xalqa qarşı böhtan adlandırıb.

“Azərbaycan xalqı sülsevər xalqdır. Onun da sübutu budur ki, burada müxtəlif xalqlar dinc və əminəmanlıq şəraitində yaşayırlar”.

 

İbrahimbəyovun hansı maraqla belə çıxışlar etməsinə gəlinccə, S.Cəlaloğlu bildirib ki, bunu İbrahimbəyovun özündən və onu dəstəkləyən adamlardan soruşmaq lazımdır:

 

“Mən Rüstəm İbrahimbəyovun əleyhinə çıxış edən adamlardan biri olmuşam. Amma bu filmdə hansı maraqla çıxış etdiyini şərh edə bilmərəm”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ