Cavid Şahverdiyev Heydər Əliyevdən yazdı

14:05 08-05-2020 | icon 241 | KİV
Cavid Şahverdiyev Heydər Əliyevdən yazdı

Azərbaycanın tanınmış jurnalisti, "Xalq Cəbhəsi" qəzetinin müxbiri Cavid Şahverdiyevin Misirin məşhur shbabalnil.com saytında ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı yazısı yer alıb.

 

Versus.Az xəbər verir ki, "Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü” başlıqlı yazıda müəllif Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti tarixində yeri və rolundan bəhs edib.



C.Şahverdiyev qeyd edib ki, ölkəmizin milli dövlət ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müasir tariximizdə fövqəladə yeri var. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.


Yazıda 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummili liderin Azərbaycanı bədbinlikdən çıxardığı, əhalinin sosial rifahının ildən-ilə yaxşılaşdığı, təhlükəsizliyinin təmin edildiyi, ölkə iqtisadiyyatının inkişaf etdiyi vurğulanıb.



Daha sonra ölkənin sosial və iqtisadi inkişafını təmin etmək üçün atılan ən vacib addımlardan birinin bu gün təkcə Azərbaycanda deyil, həm də dünyanın neft strategiyası və siyasətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" nin imzalanması qeyd edilib. Müəllif yazıb ki, ilk dəfə 8 ölkəni əhatə edən bu saziş, sonrakı illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə 26 başqa sazişin imzalanmasına yol açdı. Əldə olunan razılaşmalara görə ölkənin neft sektoru sürətlə inkişaf etdi, qeyri-neft sektorunun inkişafı təmin edildi və ölkənin aldığı pullar hesabına əhalinin sosial problemləri həll edildi. Bu gün güclü iqtisadiyyata malik olan Azərbaycan dünyanın ən güclü ölkələrindən birinə çevrilib. Dünyada güclü bir ordusu var və bu gün dünyanın qabaqcıl ölkələri Azərbaycanla hesablaşır. Azərbaycan bir sıra böyük beynəlxalq iqtisadi layihələrin müəllifinə çevrilib. Dünyanın enerji təchizatçısıdır. Zəngin və firavan bir ölkəyə çevrilən Azərbaycan Cənubi Qafqazda liderdir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın adı fəxrlə çəkilir.



Beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanın dünya ölkələrinin yollarını özündə birləşdirdiyini qeyd edən müəllif vurğulayıb ki, Azərbaycan deyildikdə Heydər Əliyev yada düşür. Müasir və güclü Azərbaycan onun adı ilə bağlıdır. Hər bir uğurumuzda onun izi görünür. Nə qədər ki, Azərbaycan tarixdə var, Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayacaqdır. Xalqımız bu gün Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatda hiss edir, onunla yaşayır və mirasından bəhrələnir.


C.Şahverdiyev yazının sonunda qeyd edib ki, bu siyasətin icraçısı ulu öndərimizin böyük siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam edir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurunun əsasını təşkil edir və gələcəyə yönəlmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi