Azərbaycan daha Şuşasızlığa səbr etməyəcək, əgər...

19:33 08-05-2020 | icon 207 | Siyasət
Azərbaycan daha Şuşasızlığa səbr etməyəcək, əgər...

“O zaman Azərbaycan öz konstitusya hüququndan istifadə edərək, hərbi əməliyyatlar keçirib ərazi bütövlüyünü bərpa etməlidir”

 

Separatçı Ermənistanın Azərbaycanda apardığı işğalçılıq siyasəti 30 ildir davam edir. Düşmən demək olar ki, ilin bütün aylarında tariximizə bir işğal, faciə, bir soyqırım yarası vurub.

 

Mayın 8-də erməni terroruna, təcavüzünə məruz qalan ərazilərimizdən biri də Şuşadır. Tarixi Azərbaycan şəhəri olan Şuşa 1992-ci il may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal Azərbaycan üçün böyük bir faciə, bəşəriyyət üçün isə bir utancdır. İşğal nəticəsində Şuşa şəhəri və 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Lakin hələ də beynəlxalq ictimaiyyət bu həqiqəti eşitmək istəmir. Beynəlxalq aləm regionda ədalətin bərqərar olunaraq, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı hər hansı ciddi addımlar atmır. Əksinə, işğal altında qalan torpaqlarda erməni əhalisi məskunlaşdırılır, tarixi mədəni abidələrimiz dağıdılır, hətta separatçı rejimə havadarları tərəfindən yardımlar da göndərilir. Bütün bunlar azmış kimi işğalçı adı ilə çağırılmır.

 

Artıq 28 ildir ki, musiqi beşiyimiz Şuşa işğal olunub. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Bütün bu faktlar göz önündə. Azərbaycan cəmiyyəti dünyanın sərgilədiyi bu haqsızlığa kifayət qədər səbrlə yanaşdı. Artıq səbr etmək istəmir.

Əgər danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, o zaman növbəti addımımız nə olmalıdır, haqqımızın tanınması, bərpası üçün nə etməliyik?

 

“Əminəm ki, Azərbaycan xaqının iradəsi öz Şuşasını azad etməyə çatacaq”

 

Versus.Az xəbər verir ki deputat Asim Mollazadə açıqlamasında uzun illərdir işğalda qalan torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan dövlətinin diplomatik səylər göstərdiyini önə çəkib.

 

Deputat bildirib ki, işğal faktının üzərindən illər keçsə də, əsəblər tarıma çəkilsə də, ağır problemlərlə üz-üzə dayandığımız bir vaxtda məsələnin həllinə emossiyalara yanaşmamalıyıq:

“Dəyişməyən yeganə bir məsələ var ki, işğal faktının aradan qaldırılması emossiyalarla həll olunmayacaq. Məsələyə soyuqqanlı yanaşaraq Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün lazımı tədbirləri görməlidir. Azərbaycanın ən ağrılı günü məhz Şuşanın işğal günüdür. Allah bizim şəhidlərə rəhmət eləsin. Biz heç vaxt onları unutmayacağıq Və heç vaxt Azərbayacan xalqı bu işğalla razılaşmayacaq. Ona görə də mən əminəm ki, Azərbaycan xaqının iradəsi öz Şuşasını azad etməyə çatacaq”.

 

Deputat, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı məlum mövqeyinə  diqqət çəkərək, onların artıq qeyri-ciddi, əhəmiyyətini itirmiş bir qurum olduqlarını önə çəkdi:

“Proseslər onu göstərdi ki, dünyada haqq-ədalət yoxdur.  Haqq, gücdədir və ona görə də beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyində hər hansı irəliləyişlə bağlı yeni bir söz deməyə ehtiyac görmürəm. Çünki beynəlxalq təşkilatlar öz təməl sənədlərinə, öz qətnamələrinə riayət eləmirlərsə, demək nüfuzlarını itiriblər”.

 

“Hər kəs qara tarixləri ağ tarixlərə çevirmək üçün mübarizə aparmalıdır”

 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib ki, biz təqvimdə qara günlərimizin hüznlə xatırlatmalarına sona verməliyik:

“Bu gün Şuşanın işğalı günüdür. Şuşada döyüşən, rəhmətə gedən insanları rəhmətlə anırıq. Milli düşərgədə yer alan və xalqına güvənən  bütün qüvvələr, prezidentlə bir yerdə, iqtidarlı-müxalifətli hər kəs qara tarixləri ağ tarixlərə çevirmək üçün mübarizə aparmalıdır”.

 

F.Quliyev bu gün dünya siyasətində yeni bir dönəmin başladığını və bunun yeni siyasi redaktələri zəruri etdiyini bildirib. Partiya sədri hesab edir ki, yeni dönəmdəki siyasi gedişlər işğal faktının aradan qaldırılması üçün imkanlar yarada bilər:

““Artıq bir çox dövlətlər “divar” siyasəti yürüdürlər. Yəni artıq milli dövlət problemlərini öz çərçivələrində, daha çox milli müstəvidə həll etməkdə maraqlıdırlar, qlobal siyasətdən çəkinirlər. Hətta Paşinyan da Ermənistanın öz siyasətinə yenidən baxacağını, yeni siyasət qurmaq fikrində olduqlarını bildirib. Artıq Azərbaycan tərəfi öz siyasətində yenilənmələr etməli, həm düşmənlərin davranışını, həm də postpandemiya dövründə baş verən yeni proseslərə uyğun hərəkət etmək üçün bir çox məsələyə yenidən baxmalıdır”.

 

Torpaqlarımızın hərblə azad olunması ilə bağlı beynəlxalq hüququn bizə qadağa qoymadığını deyən F.Quliyev, “nəhayət bu işğala nöqtə qoyulmalıdır” bəyanatını verib:

“Dünya yenilənir, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan dövlətlər indiyə qədər 30 milyarddan çox vəsaitimizi talayıblar. Erməni işğalı nəticəsində 1 milyon 200 mindən çox insanımız əmlakını itirib, məcburi qaçqın və köçkün ordusunu yaratmaqla Azərbaycana böyük bir zərbə vurulub. 

Doğrudur, torpaqların işğaldan azad olunması üçün bizim çox ciddi diplomatik hüquqi bazamız var. Biz haqlı tərəfik. Torpaqlarımızın işğaldan azad olunmasına dair BMT-nin 4 qətnaməsi, Qoşulmama Hərəkatının çağırşları, İslam Əməkdaşlıq Təşkilatının sənədləri ortadadır. Bu siyahını daha da uzatmaq olar. Azərbaycan hökuməti BMT nizamnaməsinin 7-ci bəndinin 45-48-ci paraqraflarına görə BMT-dən qətnamələrin həyata keçirilmə mexanizmini istəməlidir. BMT qarşısında tələb qoyulmalıdır ki, qətnamədə göstərilən bəndlərlə bağlı ölçü götürülsün və  hərbi, ya da qeyri-hərbi sanksiyalarla Ermənistan ədalətli status-kvonun bərpasına məcbur edilsin. Əgər vasitəçilər, BMT bunu etməyəcəksə, o zaman Azərbayacan tərəfi öz konstitusya hüququndan istifadə edərək hərbi əməliyyatlar keçirib ərazi bütövlüyünü bərpa etməlidir”.

 

“Ölkə prezidentinin qətiyyətli mövqeyi bir daha göstərdi ki...”

 

Deputat Fazil Mustafa bildirib ki, Şuşanın işğalı əslində təkcə erməni cinayətinin nəticəsi deyil. Onun sözlərinə görə, bu, həm də beynəlxalq aləmin birlikdə törətdiyi cinayətdir:

“Beynəlxalq təşkilatarın münaqişənin həlli ilə bağlı nə düşündüyü ortadadır. Öz gücü olmayan erməni separatçıları bu işğal siyasətlərini Şimal və Cənub qonşularının dəstəyi ilə gerçəkləşdiriblər”.

 

Deputat hesab edir ki, belə bir durumda torpaqların işğaldan azad olunması ilə bağlı Azərbaycanın üzərinə düşən öhdəlikdən söz açıla bilər:

“Hansı addımları atmalı oduğumuzu biz özümüz müəyyən etməliyik. Bizim diplomatiya istiqamətində atılan addımlar hələ ki, yetərli deyil. Bunun da səbəbi budur ki, bu prosesin arxasında böyük güclər durur və onlar problemin həllində maraqlı deyillər. Qarabağ münaqişəsi dünyada yeganə problemdir ki, həmsdər dövlətlər -Amerika, Fransa və Rusiyanın mövqeyində ziddiyyət yoxdur. Hamısı Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi üçün bütün addımları atırlar. Sadəcə olaraq, Azərbaycanın dirənişi bu məsələdə irəli getmələrinə imkan vermir. Ölkə Prezidentinin qətiyyətli mövqeyi, xüsusilə də Münhendə Təhlükəsizlik konfransında ortaya qoyduğu sərt mövqe bir daha göstərdi ki, Azərbaycanın bu məsələdə güzəşt limiti yoxdur. Bu məsələdə tək yolumuz əlverişli, uyğun şərait seçərək məsələni hərbi yolla çözməkdir. Çünki ermənilərin də son açıqlamaları göstərdi ki, artıq bizim hansısa hüquqa sayğı göstərən bir ermənini gözləməyimiz yersizdir. Paşinyan olmayacaq, hansısa bir Köçəryan olacaq və eyni siyasəti, eyni qaydada davam etdirəcəklər. Qarabağla bağlı siyasəti dəyişmək, ümumiyyətlə ermənilərdə məqbul görünmür. Ona görə də biz ciddi hazırlaşmalıyıq ki, əlverişli şərait yetişən kimi bu problemi hərbi yolla çözək”.

 

F.Mustafa bəyan edib ki, Şuşa Azərbaycanın ən böyük dəyəridir və heç bir halda onu güzəştə getmək olmaz:

“Şuşa Azərbaycan şəhəri olaraq qalmalıdır. Bütün platformalarda Şuşanın statusu ilə bağlı məsələdə kompramissiz mövqe sərgiləməliyik”. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub