"Kadr probleminiz varsa, müxalifət nümayəndələrinə bir şans verin"

13:58 09-05-2020 | icon 322 | Siyasət
"Kadr probleminiz varsa, müxalifət nümayəndələrinə bir şans verin"

Fuad Əliyev: "Tək icra strukturlarının deyil, əksər məmurların arxayınçılığı onları korrupsionerə çevirir"

 

"İllər boyu bu nazir-oliqarxlar, korrupsiyaya gurşanmış icra başçıları və digər məmurlar haqqında danışmışam. İnanmıram ki, güc strukturları bunlardan məlumatsız olublar".


Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibəsində bildirib.

 

Ağstafa icra başçısının həbsinin digərləri - Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon başçıları və bir neçə icra nümayəndələri üçün dərs olmamasının nəticəsi kimi onların həbsinə diqqəti çəkən ALDP sədrinin fikrincə, bu, ilk növbədə arxayınçılıqdan irəli gəlib:

"Ümumiyyətlə, təkcə icra strukturları yox, demək olar ki, məmurların əksəriyyətində arxayınçılıq hissləri onları korrupsionerlərə çevirir. Bir məmur uzun müddət eyni vəzifədə işləyəndə özünü sanki əvəzolunmaz kimi aparır, arxayındır ki, onu heç kim işdən çıxara bilməz, cinayət məsuliyyətinə cəlb edə bilməz. İllər boyu bu nazir-oliqarxlar, korrupsiyaya gurşanmış icra başçıları və digər məmurlar haqqında danışmışam. İnanmıram ki, güc strukturlar bunlardan məlumatsız olublar. Sadəcə olaraq, yəqin ki, hakimiyyətdəki daxili qarşıdurmalar bu faktların üzə çıxmasına imkan vermədiyi üçün faktla həbs etmirdilər. Məncə 2016-ci ildə keçirilən referendumdan sonra hakimiyyətin bir hissəsi islahatlara meyilli olduğunu açıq aydın göstərdi. 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra isə bu islahatlara start verildi və gənc kadırlar bir neçə vəzifəyə gətirildi. Hesab edirəm ki, təkcə icra başçılarının yox, digər məmurların da işdən çıxarılması, cinayət məsuliyyətinə cəlb edilməsi davam edəcək".

 

Sözügedən məmurların imkansız ailələr üçün göndərilən yardımları mənimsəməsi ilə bağlı məlumatlara gəlincə, F.Əliyev bildirdi ki, əgər bunu ediblərsə, onda ümumiyyətlə vicdanlarını, mənəviyyatlarını itirən insanlardır:

"Qeyd etdiyim kimi, bəzi məmurların arxayınçılıq, nəzarətsizlik, kiməsə güvənmək hissləri nəticədə vətəndaşa və bütövlükdə dövlətə ziyan vurur. Korrupsioner və bürokrat məmurlarla mübarizə metodları düzgün qurulmalıdır. Məmurlar ən azı ayda bir dəfə hesabat verməlidirlər ki, ayrılan vəsaitləri hara xərcləyiblər. Deklarasiya verməlidirlər ildə bir dəfə. Hesab edirəm ki, məhkəmə və hüquq-mühafizə strukturlarında islahatlar aparılmalıdır, onların fəaliyyətlərinə tam müstəqillik verilməlidir. Bu strukturlarda çalışanlarda dövlətin və xalqın yanında olmalıdırlar, vətəndaşa problem yaradan qanun pozuntularına yol verən, özbaşınalıq edən, korrupsiyaya bulaşan məmurlara qarşı barışmaz mövqedə olmalıdırlar.  Onda xalq arasında onlara inam bərpa olunacaq".

 

ADLP sədri hesab edir ki, kadr potensialının olmaması hakimiyyətin probleminə çevrilib:

"Bəzi məmurların tərcümeyi-halına baxanda görürsən ki, bunlar ali təhsili 30-40 yaşında alıblar. Ya vəzifədə olanda, ya da ki, vəzifəyə təyin olunmamışdan qabaq. Elələri də var ki, heç ali təhsili də yoxdur. Dəfələrlə təkliflə çıxış etmişəm ki, əgər kadr probleminiz varsa, onda müxalifət nümayəndələrinə bir şans verin, onları vəzifələrə gətirin. Bilirsiz müxalifət partiyalarında nə qədər savadlı kadırlar var?. Niyə onlardan yararlanmırsiz? Biz bəyəm düşmənik?"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO