Həyatımda çox şey öyrəndiyim böyük LİDER

18:54 10-05-2020 | icon 1079 | Kürsü
Həyatımda çox şey öyrəndiyim böyük LİDER

Hər zaman böyük sevgi ilə xatırlanacaqsız

QƏNİRƏ PAŞAYEVA
/deputat/

 

Ümummilli liderimiz, mənim və onlarla jurnalistin, minlərlə gənc insanın, bütün xalqımızın və dövlətimizin həyatında böyük rolu və müstəsna xidmətləri olan Heydər Əliyevin doğum günüdür.

 

İllər keçir, amma illər onun nə qədər böyük bir Lider, Şəxsiyyət və İnsan olduğunu daha da çox hiss etdirir, anladır bizə.

 

Həyatımda çox şey öyrəndiyim böyük Lider, əziz İnsanı hər zaman sevgi, sayğı və rəhmətlə anıram. Milyonlarla azərbaycanlı sadəcə bu gün deyil, hər zaman onu sevgi, sayğı və rəhmətlə anır.

 

Onunla son müsahibədən sonra söhbətimizdə ölkəmizlə bağlı, onun sadəcə bu günü ilə deyil, gələcəyi ilə də bağlı çox önəmli məsələlərə toxunub, "qızım, sən jurnalistsən, cəmiyyətdə fəal rol oynayır jurnalistlər, bunları bilməlisiniz və heç bir zaman unutmamalısınız ki, bizim hər birimizin müstəqil Azərbaycandan dəyərli və önəmli heç bir şeyimiz yoxdur və ola bilməz. Hansı peşənin sahibi olursunuzsa olun, dövlətimizi qorumaq və onu gücləndirmək borcunuzdur" demişdi.

 

O, Azərbaycanla nəfəs alırdı. Həmin 2 saatlıq söhbətin sonunda "cənab Prezident, insanların bir çoxu o qədər də bilmir siz Azərbaycan üçün nə qədər böyük əziyyətlərlə, çətinliklərlə, sui-qəsdlərlə üzləşmisiniz. Çətin həyat yaşamısınız" dediyimdə, heç zaman unutmadığım və ölənə qədər unutmayacağım sözləri söyləmişdi - "qızım, nə qədər çətinliklər olursa olsun, mən ölkəm və xalqım üçün çalışmaqdan heç bir zaman yorulmadım və nə qədər ömrüm var bu belə də olacaq" demişdi. Nur içində yatsın.

 

"Azərbaycan" şeirini söyləyəndə duyğularını gizlədə bilməmişdi və məncə bu şeiri ən gözəl o söyləyib. Çünki onun üçün Azərbaycana sevgi sözdə deyildi, o, bütün varlığı ilə Vətəninə və Millətinə bağlı insan idi. Müstəqil Azərbaycan və xalqımız hər zaman sizi böyük sevgi ilə xatırlayacaq.

 

Nur içində yatın, böyük Lider, Şəxsiyyət, İnsan.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO