ALDP BAYRAQ AKSİYASI-na son verdi

08:51 28-05-2018 | icon 193 | Siyasət
ALDP BAYRAQ AKSİYASI-na son verdi

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) AXC-nin yaranmasının 100 illik yubileyi ilə bağlı aprelin 28-də başladığı “Bayraq Aksiyası”na bu gün yekun vurub.

 

Versus.Az xəbər verir ki, bir ay ərzində ALDP sözügedən aksiyanı ölkənin şimal və cənub bölgələrindəki rayonlarda, Bakı kəndlərində həyata keçirməklə əhaliyə ümumilikdə 3500 bayraq paylayıb və AXC-nin yaranma, süqutu barədə məlumatlar verilib.

 

Aksiyanın yekunu olaraq mayın 26-da ALDP üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılan abidəni ziyarət ediblər. Orada da liberal-demokratlar ətrafdakı insanlara Azərbaycan bayrağını paylamaqla yanaşı, AXC-nin fəaliyyəti barədə qısa bilgi veriblər.

 

 

LƏMAN Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS