Partiya sədrindən nazirə İSTEFA ÇAĞIRIŞI

10:45 11-05-2020 | icon 143 | Siyasət
Partiya sədrindən nazirə İSTEFA ÇAĞIRIŞI

Fuad Əliyev: "Ya vəzifə başında dünyalarını dəyişirlər, ya da DTX onları yola salır"

 

"Milyardlarla pulları mənimsəyirlər və gələcək milyardların silinməsində də həmin mövqeni ortaya qoyurlar. Ona görə də çalışırlar ki, vəzifələrində qalsınlar".

 

Versus.Az xəbər verir ki, bunu DXT tətəfindən Mədəniyyət Nazirliyində vəzifəli şəxslərin həbs edilməsinə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri qeyd edib ki, Azərbaycanda hətta rəsmi çağırış olsa belə, istefaların baş verə biləcəyi real görünmür:


“Hətta yaxın gələcəkdə məmurların könüllü istefalarının baş verəcəyini gözləmirəm. Bizdə yuxarı vəzifələrdə oturanlar heç bir halda xoşluqla istefaya getmirlər. Bir neçə il bundan əvvəl müşahidə etdiyimiz kimi, bəzi məmurların övladları, nəvələri kriminal hadisələr törətsələr də, işlərində ciddi nöqsanları olsa da, bu baş vermədi. Elə düşünürlər ki, kreslo ancaq onlar üçün seçilib. Ömürlərinin sonunadək orada oturmalıdırlar. Baxın, indi DTX Mədəniyyət Nazirliyində əməliyyət apararaq yüksək vəzifəli şəxsləri həbs etdi. Külli miqdarda yeyinti aşkarlandı. Nazir Əbülfəz Qarayev isə istefa vermədi. Güya, rəhbərlik etdiyi Nazirlikdə nə baş verdiyindən xəbərsizdir. Yaxud Xalq artisti, Əməkdar artist adları almaq üçün müğənnilərdən, aktyorlardan pul alınır. Bunu da bilmir? Hamı bundan, nazirlikdə açılan bazardan danışır”.


Fuad Əliyev vurğulayıb ki, Azərbaycanda vəzifəli şəxslərin öz kreslolarına bağlılığının ölçüsü yoxdur. Belə ki bugünkü nazirlərin, məmurların bəziləri 20 ildən çoxdur vəzifədədirlər:

"Onlar hesab edirlər ki, Heydər Əliyevlə birlikdə komanda olaraq hakimiyyətə gəliblərsə, ömür boyu həmin vəzifədə qalmalıdırlar, kimsə bunlara toxuna bilməz. Milyardlarla pulları mənimsəyirlər və gələcək milyardların silinməsində də həmin mövqeni ortaya qoyurlar. Ona görə də çalışırlar ki, vəzifələrində qalsınlar. Kiçik məmurlarımızdan tutmuş, böyük vəzifəlilərə qədər kreslodan elə yapışıblar ki... İstefa mədəniyyəti olmalıdır. 85 yaşında vəzifədə oturmaq olar? Bir başqa ölkələrə boylansınlar, məgər görmürlər ki, sadə bir nöqsana görə könüllü istefa verən məmurlar necə hörmətlə yola salınırlar? Bizdə ya vəzifə başında dünyalarını dəyişirlər, ya da DTX onları yola salır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub