Bu tibb işçilərinin sığortalanmasına baxılacaq

10:53 11-05-2020 | icon 1138 | Sağlamlıq
Bu tibb işçilərinin sığortalanmasına baxılacaq

Azərbaycanda koronavirusa adi vətəndaşlar kimi öz peşə vəzifələrini yerinə yetirən tibb işçiləri də yoluxublar. Bəs pandemiya ilə mübarizə zamanı virusa yoluxan tibb işçilərinin sığortalanması necə həyata keçirilə bilər?

 

Versus.Az xəbər verir ki, indiyədək ölkəmizdə 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub. Yoluxma halları əsasən, kənar xəstəxanalarda, yəni koronaviruslu xəstələrin müalicəsinin aparılmadığı müəssisələrdə çalışanlar arasında qeydə alınıb. Buna səbəb həmin işçilərin öz təhlükəsizliklərini qorumaq üçün müvafiq tədbirlər görməməsi olub.

 

Daha az yoluxma halları tələb olunan sanitar-gigiyenik normalara əməl etdiyi və özlərini daha yaxşı qoruya bildiyi üçün sırf koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda çalışan tibb işçiləri arasında müşahidə edilib.

 

Peşə vəzifələrini yerinə yetirərkən koronavirusa yoluxan tibb işçilərinə dövlət tərəfindən kompensasiyanın və yaxud hər hansı digər formada vəsaitin ödənilməsi nəzərdə tutulurmu?

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Azərbaycanda koronavirusla mübarizədə iştirak edən həkimlərin sığortalanması məsələsi müzakirə edilib. İlkin olaraq, buna müsbət rəy verilib:

 

"Koronavurusla mübarizədə iştirak edən həkimlər öz həyatlarını riskə atırlar. Hər hansı yoluxma hadisəsi baş verərsə, onların sığortalanması iş yerində bədbəxt hadisədən sığortalanmanın tətbiqi kimi tənzimlənə bilər. Düşünürəm ki, bu istiqamətdə yaxın vaxtlarda sığorta sahəsinə nəzarət edən qurumlar təkliflərlə çıxış edəcəklər. İlkin olaraq, bu təklifə hər kəs müsbət rəy verib. Düşünürəm ki, bu, qısa zaman ərzində olacaq”.

 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, işçilərin iş yerlərində səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olması Vəli Axundov adına Milli Elmi-tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə xəstəlikləri klinikası tərəfindən müəyyən olunur. Həmin institut tərəfindən tibbi rəy verildikdən sonra işçi peşə əmək qabiliyyətini itirdiyi təqdirdə (peşə əmək qabiliyyətini itirilməsi Tibbi-Sosial Ekspert Komissiyasının tərəfindən müəyyən edilir) həmin şəxsə sığorta ödənişi verilir. Bu ödənişin verilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun tələblərinə müvafiq olaraq həyata keçirilir. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub