I sinfə qəbul üçün elektron müraciətlərin sayı 43 mini keçdi

13:58 11-05-2020 | icon 185 | Təhsil
I sinfə qəbul üçün elektron müraciətlərin sayı 43 mini keçdi

Mayın 11-nə (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 739 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilib.

2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla). Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin vaxtı ilə bağlı valideynlərə SMS vasitəsilə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

 

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

 

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

 

Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənilərə yeni bir "APREL SİLLƏSİ" vurulmalıdır” - MÜSAHİBƏ

28 ildir işğalda qalan Laçının deputatı niyə bu gün susdu?

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib