Mühacirətdə Qərbi Azərbaycan Respublikası elan olunub

19:26 11-05-2020 | icon 207 | Geopolitika
Mühacirətdə Qərbi Azərbaycan Respublikası elan olunub

Qafar Çaxmaqlı: "Tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatıb"

 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) Respublikası elan edib.

 
 
Versus.Az-ın məlumatına görə, Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atılıb. Dünyanın müxtəlif yerlərində yaşaayaan  Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəaralı bir addım atıldı. Dünən Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik.
 
 
O, əlavə edib ki, öncə bu respublikanın MİLLİ ŞURASI fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökümət formalaşdırılaacaq:
 
“Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur. Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda bizim milli dövlətimiz olmuşdur, bu dövlətin hakimiyyəti altında yaşayan digər xalqlar ədalətlə idarə edilmiş, onların milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir. Mənimlə razılaşarsınız ki, Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyildir. Rusiya İrəvanı işğal edərək buradakı dövlətçiliyimizə son vermişdir.
Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə  vermişdi. Ermənilər bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmuşlar. Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməmişlər. Onun biri Ermənistan deyilən dövlətə birləşdirilmiş, digəri issə hal- hazırda işğal altındadır.
 
 Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi “qayğı” nəticəsində bizim torpaqlardan əlavə “pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılmışdır. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif  bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilmişdir. Bu, dövlət səviyyəsində aparılmışdır.  Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır.
 
“Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır".
 
 
Qafar Çaxmaqlı vurğulayıb ki, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızın bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə-baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatmışdır:
 
"Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarını müdafiə etmək üçün Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)  Respublikasını elan edirik".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənilərə yeni bir "APREL SİLLƏSİ" vurulmalıdır” - MÜSAHİBƏ

28 ildir işğalda qalan Laçının deputatı niyə bu gün susdu?

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib