Qanuna dair 14 sənədə dəyişiklik təklif edilib

16:51 12-05-2020 | icon 272 | Cəmiyyət
Qanuna dair 14 sənədə dəyişiklik təklif edilib

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən VersusşAz-a bildirilib ki, Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli müzakirəyə təqdim edilən məsələ barədə məlumat verib.

 

Vurğulanıb ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlara - bütövlükdə 14  sənədə təklif edilən dəyişiklik 2018-ci il 31 may tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrası ilə əlaqədardır. Təklif olunan dəyişikliklər ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə əsaslanır. Yuxarıda  adıçəkilən qanuna uyğun olaraq sözügedən sənədlərdə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib.

 

İclasda çıxış edən komitə üzvləri Sahıb Alıyev, Cavanşir Paşazadə, Anar İsgəndərov, Sevinc Fətəliyeva, Malik Həsənov, Azər Badamov, Ceyhun Məmmədov, İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev təklif edilən dəyişikliklərin ölkəmizdə əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəldiyini diqqətə çatdırıblar.

 

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə  edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"