"Partiyamıza hansısa təkliflər olunsa, dəyərləndirərik"

09:53 13-05-2020 | icon 514 | Siyasət
"Partiyamıza hansısa təkliflər olunsa, dəyərləndirərik"

Dinarə Məmmədova: "Müxalifət düşərgəsində də peşəkar kadrlar var, onların da gücündən istifadə etmək lazımdır"

 

"İndi kimlərsə bizimlə bir yerdə olmaq istəmirsə, buna hörmətlə yanaşırıq, bu onların seçimidir. Amma heç kim özünü müxalifət-naziri kimi hesab etməsin".

 
 
Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müşaviri Dinarə Məmmədova deyib.
 
 
Xanım siyasətçi bildirib ki, ALDP sədri Fuad Əliyevin son müsahibəsində "iqtidarın əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans versin, onları vəzifələrə gətirsin” fikri birmənalı qarşılanmayıb:
 
"Bu, qısqancılıqdan irəli gəlir. Başqa nədən ola bilər ki? Əvvəla, bizə vəzifə təklifi olunmayıb. Sadəcə, Fuad müəllim hakimiyyətin kadr potensialının tükənməsi ilə bağlı bir təklif verib. Bu sözlərə niyə başqa reaksiya verirlər? Fuad müəllim tekcə liberal-demokratlara vəzifə verin deməyib ki. O, ümumilikdə bütün müxalifəti nəzərdə tutub. Hesab edirəm ki, bu, çox düzgün təklifdir və burda başqa bir məna axtarmaq lazım deyil. Müxalifət partiyaları tərəfindən ALDP-yə belə bir münasibətin sərgilənməsi təəssüfedicidir. ALDP 20 il ərzində sınmayıb, ayaq üstə dayana bilib, bütün partiyalarla yaxşı münasibət qurub. İndi kimlərsə bizimlə bir yerdə olmaq istəmirsə, bu onların seçimidir və hörmətlə yanaşırıq. Amma heç kim özünü müxalifat-naziri kimi hesab etməsin".
 
 
Hakimiyyət tərəfindən müxalifətə və konkret olaraq ALDP-yə vəzifə təklif olunarsa, partiyanın bunu necə qəbul edəcəyinə gəlincə, D.Məmmədova vurğulayıb ki, müxalifətə belə təklif olunarsa, təklifi qəbul etmək olar:
 
"ALDP-yə hansısa təkliflər olunsa, biz bu təklifləri dəyərləndirərik. Biz özümüzə arxayınıq. Biz hətta Bakı şəhərində Mer seçkiləri keçirilsə belə, qalib olacağımıza əminik. ALDP yetərincə kadr potensialına malikdir. Bütün sahələr üzrə peşəkarlarımız var. Hüquqi, demokratik dövlət quruculuğu prosesində ancaq hakim partiyanın potensialından, gücündən istifadə etmək düzgün seçim olmaz. İqtidarın müxalifəti də var. Müxalifət düşərgəsində də savadlı, peşəkar kadrlar var. Onların da gücündən istifadə etmək lazımdır. Müxalifət nümayəndələri də bu ölkənin vətəndaşlarıdır".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO