Bu ölkə də fövqəladə vəziyyət rejimini ləğv etdi

10:41 13-05-2020 | icon 227 | Dünya
Bu ölkə də fövqəladə vəziyyət rejimini ləğv etdi

Yeni Zelandiya hakimiyyəti martın 25-dən tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv edib.

 

Versus.az-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, bu barədə ölkənin mülkü müdafiə naziri Peeni Xenare bildirib.

 

Hazırda Yeni Zelandiyada ümumimilli keçid dövrü elan edilib.

 

Keçid dövrü, mayın 13-ü yerli vaxtla günorta saat 12:00-dan (04:00 GMT+4) qüvvəyə minib və növbəti 90 gün ərzində ölkə daxilində tətbiq ediləcək.

 

Keçid dövründə mülki müdafiə və fövqəladə hallar idarəsinin rəhbəri Sara Stüart-Blekə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə qoyulan məhdudiyyətlər qaldırıldıqdan sonra ən qısa müddətdə ölkənin infrastrukturunu və iqtisadiyyatını bərpa etmək üçün geniş səlahiyyətlər veriləcək.

 

Yeni Zelandiyada indiyədək 1 497 koronavirusa yoluxma halı aşkarlanıb, 1 402 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib. Ölkədə virusun yaratdığı xəstəlikdən 2 nəfər stasionar, daha 72 xəstə isə ambulator müalicə alır. Son 48 saat ərzində ölkədə yeni bir infeksiya aşkar edilməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub