Sən həmişə bizimləsən...

11:11 13-05-2020 | icon 268 | Uşaq Dünyası
Sən həmişə bizimləsən...

İndi isə mən danışım “Sən həmişə bizimləsən” deyənlərdən

SEVİNDİK NƏSİBOĞLU
/Xocavənd Əmirallar/
/Xocavənd 3 Saylı Məktəb/

 

Bu gün qarışıq mövzulardan danışacağam. Lakin məqalənin sonunadək İlyas və Elçin Əfəndiyevlərlə daim əlaqə olacaq. Həmişə onunla olanlar, həmişə bizimləsən deyənlərdən danışacağıq indi...

 
 
Bildiyiniz kimi, dahi dramaturqumuz İlyas Əfəndiyevin bir pyesinin əsasında 1987-ci ildə televiziya tamaşası çəkilib. Rollarda Məlahət Abbasova və Rasim Balayev çəkilmişdir. Tamaşanın adı isə hamının dilinin əzbəridir - “Sən həmişə mənimləsən”...
 
 
İndi deyə bilərsiniz ki, haradan çıxdı “Sən həmişə bizimləsən”, niyə məqalənin adını belə qoydun?. Belə sualların yaranması, məncə, normaldır.
 
Dedim ki, Elçin və İlyas Əfəndiyevlərlə daim əlaqədə olan adamlardan söz edəcəyəm bu yazımda. Ailəsindən ta Araz Bulud Eynəmliyə qədər. Danışacağam, yorulmadan danışacağam. Belə ki,”Sən həmişə bizimləsən” bir sənədli filmin adıdır. İlyas Əfəndiyevin vəfatından 2 il sonra, 1998-ci ildə çəkilmiş bu sənədli filmdə sonuna qədər İlyas Əfəndiyevdən danışılır. Əgər indi Elçin və İlyas müəllimlə görüşənlər barədə yazırıqsa, deməli bu məqalənin də özünəməxsus adı olmalıdır - Sən həmişə bizimləsən...
 
 
Əvvəlcə həmin sənədli film haqqında danışmaq istəyirəm. Sən həmişə bizimləsən sənədli filmi 1998-ci ildə “Azkinovideo”nun çəkdiyi sənədli filmdir. Qısametrajlı olsa da mənalıdır. Ssenari müəllifi böyük ziyalı qadınımız, rəhmətlik Mailə Muradxanlı və haqqında “Naxçıvan xatirələri” adlı yazımda qeyd etdiyim, “Gecikmiş gündəlik” filminin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov olub. Operator isə sənədli filmlərimizin tanınmış operatoru olmuş Nizami Abbasdır. Redaktor Svetlana İsmayılova, icraçı prodüsser isə Xanlar Cəfərov olmuşdur.
 
Filmin posteri də çox yaxşıdır. Ata-oğul yan-yana durmuşlar və həmin alınan şəkil də filmin posteri olub. Filmdə İlyas Əfəndiyevin qoyub getdiyi əsərlərindən parçalar verilib. İlyas Əfəndiyevin əsərləri əsasında çəkilmiş bir çox tamaşalarda, həmçinin Elçinin “Ox kimi bıçaq” filmində rol almış rəhmətlik aktrisamız Amaliya Pənahova, rəhmətlik aktyorumuz Əliabbas Qədirov, rejissor Mərahim Fərzəlibəyov, Həsənağa Turabov çıxış etmişlər və İlyas Əfəndiyevi bir daha yad etmişlər.
 
 
İndi isə mən danışım “Sən həmişə bizimləsən” deyənlərdən.
 
Filmdə iştirak edənləri saydım, onlar da sayılır.
 
Şəfiqə Məmmədova, Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli və kollektivi 1974-cü ildə “Çarvadarların izi ilə” filmində iştirak edib, pərdə arxasında filmə baxan İlyas Əfəndiyevlə əlaqələri olub.
 
Tofiq Mirzəyev, Yaşar Nuri, Nigar Hüseynova və kollektiv 1976-cı ildə “Bizi dağlarda axtarın” filmində iştirak ediblər. Yaşar Nuri həm də İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada rol almışdır.
Məlik Dadaşov, Fuad Poladov, Vəfa Fətullayeva və kollektivi 1978-ci ildə “Atayevlər ailəsi” film-tamaşasında çəkilmişlər.
 
Sabir Rüstəmxanlı və Anar İlyas Əfəndiyevi və Elçini özlərinin gənc yaşlarından tanımış, Elçinlə isə dostdurlar.
Mərhum aktyor İlham Əsgərov İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada, həmçinin “Sarıköynəklə Valehin nağılı” televiziya tamaşasında rol almışdır.
 
Aktyorlardan Həsən Məmmədov, Hamlet Xanızadə, Rafiq Əzimov İlyas Əfəndiyevin və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə və səhnələşdirilmiş tamaşalarda, həmçinin “Ox kimi bıçaq” və “Bircəciyim” filmində rol almışlar.
 
Aktrisa Mehriban Xanlarova İlyas Əfəndyevin və Elçinin əsərləri əsasında səhnələşdirilmiş teatr tamaşalarında, eləcə də aktrisa aktyor Kamil Zöhrabovla birlikdə “Bircəciyim” filmində rol almışdır.
 
Xalq artisti Məleykə Əsədova İlyas Əfəndiyev və Elçinin əsərləri əsasında hazırlanmış teatr tamaşalarında rol almışdır.
 
Aktyorlar Muxtar Maniyev və Şahmar Ələkbərov da İlyas Əfəndiyev və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə rol almışlar.
 
Nicat Bəkirzadə İlyas Əfəndiyevə həsr edilmiş “Geriyə baxmağa dəyər” filminin rejissoru olub, həmin filmdə İlyas Əfəndiyevin həyatından görüntüləri əks edib.
 
Şamil Süleymanov Elçinin “Baladadaşın ilk məhəbbəti” və illər sonra “Mahmud və Məryəm” filminə çəkilmişdir.
Fəxrəddin Manafov isə Elçinin əsərləri əsasında çəkilmis “Hökmdarın taleyi” və “Mahmud və Məryəm” filmində rol alıb.
 
Ramiz Axundov Elçinlə birgə onun əsəri əsasında “Əllər və rənglər” filmini çəkmişdir.
 
Elçin Cəfər Cabbarlı mövzusuna müraciət etmiş, 2000-ci ildə ədibin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi kitab yazmışdır.
 
 
Ulu öndərimiz Heydər Əliyev həm İlyas Əfəndiyevin və həm də Elçinin yaradıcılığına xüsusi qiymət vermiş, şəxsən onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini yüksək qiymətləndirmiş, Elçini 1993-cü ildə baş nazirin müavini vəzifəsinə təyin etmişdir.
 
 
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları da atasnın yolunu davam etdirərək ədiblərin yaradıcılığına xüsusi qiymət vermiş, onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini qiymətləndirmişdir.
 
 
Füzuli rayonu Əfəndiyevlərin doğulduğu məkandır.
 
Azərbaycan-NƏİNKİ ata-oğul, hər iki ədibə, bütün dəyərli övladlarına dəyər verib və verəcəkdir!
 
Bu siyahıda hələ çox adlar var və bunlara bir çoxu də əlavə olacaq. Mən isə hələ yeniyəm. Onunla olanların siyahısını yazsaq, bu siyahıya 10 milyon insan daxil ola bilər!
 
 
Nə Elçin bu dünyada unudulacaq, nə İlyas, nə Timuçin, nə də Yalçın. Onlar hər dəfə yüksələcəklər və hər an bizimlə olacaqlar!
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

Cəbhədə gərginlik

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"