“MMP dövlətlə xalq arasında birliyin yaradılmasında mühüm rol oynayır”

16:53 13-05-2020 | icon 1961 | Siyasət
“MMP dövlətlə xalq arasında birliyin yaradılmasında mühüm rol oynayır”

Könül İsmayılova: “Prezidentlə vitse-prezident ölkənin koronavirusdan xilası üçün işlər gördüyü bir vaxtda…”

 

“Dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Ancaq ölkə başçısı İlham Əliyevin anındaca xalqımızı bundan qorumaq üçün başlatdığı mübarizə bu problemdən az itki ilə çıxmağımızla nəticələndi”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova bildirib.

 

Partiya yetkilisi qeyd edib ki, Prezidentin koronavirusla bağlı apardığı işlər, hər kəsi bu mübarizədə birliyə çağırışı təqdirəlayiqdir və yüksək dəyərləndirilir:

“Prezidentimizin belə bir vaxtda xalqının yanında olması, onların qayğıları ilə maraqlanması, məmurlara təkrar-təkrar insanların sosial problemlərini həll etmələri ilə bağlı tapşırıqları diqqətdən yayına bilməz. Cənab Prezident koronavirusun tüğyan etdiyi elə ilk gündən cəsarətlə təxirəsalınmaz, qabaqlayıcı tədbirlər gördü. Sərhədlərin bağlanması, insanların təmas qurmasının məhdudlaşdırılması, 65 yaşdan yuxarı şəxslərə, evdə qalanlara maddi yardımlar göstərilməsi, "EvdəQal” prinsipi, “Hamı Xalq üçün” devizi ilə xalqı bu bəladan az itkilərlə qurtardı və bu gün də bu mübarizə davam edir”.

 

Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin açılmasına da toxunan K.İsmayılova bununla da ölkəmizin bu yöndə də uğur qazandığını vurğulayıb:

“Təəssüflər olsun ki, Prezident İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin, xalqımızın xilası üçün işlər gördüyü bir vaxtda bir qrup acgöz, yerində olmayan məmurlar vəzifələrindən sui-istifadə etməklə məşğul olublar. Onlar Heydər Əliyev Fondunun karantinlə bağlı evdən çıxmayan və imkansız ailələrə ayırdığı yardımların çatdırılmasında böyük nöqsanlara yol veriblər. Və yaxşı ki, bu kimi əməl sahiblərinin iç üzləri açılaraq xalqa göstərildi”.

 

Könül xanım bildirdi ki, bu yöndə aparılan həm ideoloji, həm təşkilati işlər göstərdi ki, MMP olaraq yerlərdə xalq arasında aparılan təbligat-təşviqat işlərimiz öz müsbət nəticəsini verir:

“Müasir Müsavat Partiyası dövlətlə xalq arasında birliyin yaradılmasında mühüm rol oynayır. Partiyamız bundan sonra da dövlətimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz naminə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə hər zaman Prezidentimizin yanında olacağıq”.

 

K.İsmayılova onu da vurğuldı karantin dövrü olmasına baxmayaraq, MMP sədri və sədr müavinləri rayon təşkilatları ilə mütəmadi online əlaqə saxlayıb, onlara tapşırıqlar verib:

“Onlara verilən tapşırıqların icrasının partiyanın mərkəzi aparat tərəfindən nəzarətdə saxlanması öz müsbət nəticəni verib. Partiyamız bundan sonrada hər bir iş günündə dövlətçilik prinsiplərinə sadiq qalacaq və hər an dövlətimizin yanında olacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir