Deputat ADPU-nun onlayn "Ustad dərsləri"ndə iştirak edib - FOTO

21:56 13-05-2020 | icon 491 | Təhsil
Deputat ADPU-nun onlayn "Ustad dərsləri"ndə iştirak edib - FOTO

ADPU-nun Quba Filialında növbəti onlayn "Ustad dərsləri"ndə bu dəfə Millət vəkili Qənirə Paşayeva iştirak edib.

 
 
Versus.Az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev irsini öyrənirik" mövzusunda onlayn "Ustad dərsləri" adlı layihənin budəfəki qonağı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva olub.
 
 
Əvvəlcə iştirakçıları salamlayan filialın direktoru dosent Yusif Alıyev Qənirə xanım Paşayevaya dəvəti qəbul etdiyinə görə təşəkkür edib, kollektivin bu görüşdən duyduğu məmnunluğu xanım millət vəkilinə çatdırıb.
 
 
Daha sonra "Ustad dərsləri" layihəsi və həmçinin filialda həyata keçirilən, dövləti, dövlətçiliyi, cənab Prezident İlham Əliyevin ideya və çağırışlarını dəstəkləyən digər layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, mövcud pandemiya şəraitində həyata keçirilən belə layihə və onlayn tədbirlərin bir əsas məqsədi var: Azərbaycanın gələcəyi olan gənclərin savadlı, vətənini, xalqını, dövlətini sevən əsl vətəndaşlar kimi yetişdirilməsi.
 
 
Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva Ulu öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti, ümummilli liderin gənclərə, qadınlara, təhsilimizə göstərdiyi diqqət və qayğının nəticəsi, Heydər Əliyev ideya-siyasi məktəbində azərbaycançılıq, dövlətçilik meyilləri haqqında danışıb. Ulu öndərlə birlikdə qatıldığı xarici səfərlərdən, dövlət tədbirlərindən olan xatirələri haqqında məlumat verib. Qənirə xanım Paşayeva filial rəhbərliyi tərəfindən irəli sürülən belə əhəmiyyətli təşəbbüslərə görə də dosent Yusif Alıyevə təşəkkür edib.
 
 
Sonra filialın professoru Ramazan Qafarlı və filialın tələbə, müəllimlərinin Qənirə xanıma ünvanladıqları sualları cavablandırılıb.
 
 
Millət vəkili sonda xüsusi olaraq bildirdi ki, yaxın günlərdə ADPU-nun Quba filialının kollektivi ilə mütləq bir daha görüşəcək.
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Şuşa inauqurasiyası, mən, qarğalar…

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib