"İqbal Ağazadə nazirlikdəki yeyintidən hələ 2008-ci il parlamentində danışmışdı" - VİDEO

11:22 14-05-2020 | icon 387 | Siyasət
"İqbal Ağazadə nazirlikdəki yeyintidən hələ 2008-ci il parlamentində danışmışdı" - VİDEO

Tamilla Qulami: "Vəzifəsini itirəndən sonra məmurun qarasınca danışmağa nə var ki?"

 

"İndi Əbülfəs Qarayevin istefasını tələb etməyə, rüşvətdən danışmağa nə var ki? Hələ 2008-ci il Milli Məclisdə Mədəniyyət Nazirliyində baş verən israfçılıq və yeyintilər barədə İqbal Ağazadə öz çıxışında kifayət qədər faktlar irəli sürmüşdü".

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib.

 

Tamilla xanım vurğulayıb ki, ölkədə elə bir sektor yoxdur ki, İqbal bəy o sahədəki problemlərdən danışmasın, həll yolunu göstərməsin:

"Təəssüf edirəm ki, o məclisdə olan əksər parlament jurnalistləri indiyədək bu çıxışlar haqqında danışmayıb, insanları məlumatlandırmayıblar. Əslində bütün bunlar xalq üçün mübarizə apardıqlarını iddia edənlər tərəfindən vətən, millət adına yayılmalı idi. Hər kəs əlindən gəldiyi qədər iş görməliydi. Bu gün isə artıq hamı Əbülfəs Qarayevi hədəfə götürüb. Vəzifəsini itirəndən sonra məmurun qarasınca danışmağa nə var ki? Belə deyim, əldən hər şey çıxandan sonra müxalifət olmağa nə var?".

 

Qeyd edək ki, T.Qulami İ.Ağazadənin 2008-ci ildə Milli Məclisdə Mədəniyyət Nazirliyi ilə bağlı çıxışının video-görüntüsünü sosial şəbəkədə paylaşıb.

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?