"Dünya bilməlidir ki, bu torpaqlar bizim olub"

11:51 14-05-2020 | icon 164 | Geopolitika
"Dünya bilməlidir ki, bu torpaqlar bizim olub"

Füzuli Kərimov: "Abidəni dağıda bilərlər, amma tarixi silə bilməzlər"

 

“Gec də olsa, nəhayət, bu addım atılıb. Dünya bilməlidir ki, bu torpaqlar əzəldən bizim olub".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Füzuli Kərimov Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunmasını şərh edərkən deyib.

 

F.Kərimov vurğulayıb ki, tarixə ekskurs edəndə, xəritəyə baxanda İrəvan xanlığının ərazisini görürük və bu ərazidə ermənilərə aid heç nə olmayıb:

"Ermənilərin İrəvan xanlığına və Qarabağa köçürülməsi ilə bağlı tarixi faktlar var. Misal üçün 1978-ci il Dağlıq Qarabağın Ağdərə rayonunun Marağa kəndində İrandan köçürülmənin 150 illiyi münasibətilə abidə ucaldılıb. Ermənilərin gəlmə olduqları haqqında N.Adons, M.Abeqyan, İ.Şopen, F.Lenormanın maraqlı fikirləri var. Torpaqları işğal edəndən sonra bu abidəni dağıtdılar. Abidəni dağıda bilərlər, amma tarixi silə bilməzlər”.


İrəvan şəhərini, Zəngəzuru, Zəngibasarı, Göyçəni, və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtının çatdığını bildirən müşavir, Gürcüstanda yaşayan azərbaycanlıların tarixi torpaqlarında muxtariyyət respublikasının yaradılması məsələsinin də gündəmə gətirilməsinin vacibliyini qeyd edib. /Baku News/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir