Nazirin 1-ci müavini vəzifəsini itirdi

13:15 14-05-2020 | icon 344 | Sosial
Nazirin 1-ci müavini vəzifəsini itirdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətin rəhbərliyində kadr təyinatları aparılıb.


Versus.Az xəbər verir ki, Orxan Nəzərli, Samirə Musayeva və İlkin Vəliyev Dövlət Vergi Xidmətinin rəis müavinləri vəzifəsinə təyin edilib. Orxan Nəzərli həm də Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.



Ölkə başçısının sözügedən fərmanı nəticəsində indiyədək vergilər nazirinin 1-ci müavini postunu tutan Sahir Məmmədxanov vəzifəsini itirib. Belə ki, o, Dövlət Vergi Xidmətinin rəhbərliyində yer almayıb.



Xatırladaq ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

 

1999-cu ildən "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş İdarə rəisinin müavini, daha sonra 2001-ci ilədək Baş İdarənin rəisi vəzifəsində çalışıb.

 

2001-2009 – cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsini tutub.


Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

 

Versus.Az

Xəbər lenti

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Qənirə Paşayeva 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib

Cəbhədə gərginlik

Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb

Türkiyədə koronovirusla bağlı bəzi məhdudiyyətlər götürülür

Kanadada silahlı insident baş verib, yaralılar var

"Tramp Çinin Honkonqla münasibətindən narazıdır"

Bağlı qapı arxasında 81 yaşlı kişinin meyiti aşkarlanıb

"Bavariya" liderliyini möhkəmlədib

"Hələ də köhnə streotiplərdən qurtula bilməyənlər varsa..." - MÜSAHİBƏ

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

"Dünyagörüşündə də mutasiya baş verə bilən siyasilər varmış"

Deputat Ramazan bayramında Qarabağ müharibəsi əlili və veteranlarını da unutmadı

Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradılıb

"Bu, Azərbaycanın daha da müasirləşməsinə təkan verəcək"

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub