Ali məktəblərə sənəd qəbulu ilə bağlı yeni xidmət yaradıldı

13:24 14-05-2020 | icon 1175 | Təhsil
Ali məktəblərə sənəd qəbulu ilə bağlı yeni xidmət yaradıldı

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Məlumata görə, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər

https://eservices.dim.gov.az/erizebak/erize/

səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edir.

Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır.

 

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

 

Elektron ərizənizi yenidən doldurarkən diqqətli olun və onu təsdiq etməyi unutmayın.

 

Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

 

Qeyd edək ki, abituriyentlər mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

 

Elektron ərizələrin qəbulu 5 iyun saat 23:59-dək davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Şuşa inauqurasiyası, mən, qarğalar…

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib