Prezidentdən Tibb Universiteti ilə bağlı SƏRƏNCAM

20:20 14-05-2020 | icon 397 | Sağlamlıq
Prezidentdən Tibb Universiteti ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 

Versus.az-ın məlumatına görə, sərəncamda deyilir:

 

"2020-ci ildə respublikanın ilk ali tibb təhsili ocağının – Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur. 

Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Azərbaycan səhiyyəsinin inkişafı tarixində xüsusi mövqeyə malik Universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. Tibb Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər təqdirəlayiqdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə tibb elmi və təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

 

  • 1.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
  • 2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin."

 

Xəbər lenti

"Ramil Səfərovla bağlı yanlış və antimilli mövqeyinizə görə sizə ayıb olsun"

Əlisahib Hüseynov: "Bunların əcaib məntiqinə görə Ramil Səfərov səhv edib"

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Cəbhədə gərginlik

Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb

Türkiyədə koronovirusla bağlı bəzi məhdudiyyətlər götürülür

Kanadada silahlı insident baş verib, yaralılar var

"Tramp Çinin Honkonqla münasibətindən narazıdır"

Bağlı qapı arxasında 81 yaşlı kişinin meyiti aşkarlanıb

"Bavariya" liderliyini möhkəmlədib

"Hələ də köhnə streotiplərdən qurtula bilməyənlər varsa..." - MÜSAHİBƏ

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

"Dünyagörüşündə də mutasiya baş verə bilən siyasilər varmış"

Deputat Ramazan bayramında Qarabağ müharibəsi əlili və veteranlarını da unutmadı

Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradılıb

"Bu, Azərbaycanın daha da müasirləşməsinə təkan verəcək"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub