24 mindən çox abituriyent qeydiyyatdan keçib

14:05 15-05-2020 | icon 518 | Təhsil
24 mindən çox abituriyent qeydiyyatdan keçib

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

 

Versus.az Dövlət İmtahan Mərkəzinin məlumatına istinadən xəbər verir ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq.

 

Bu gün saat 12:10-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 24 min 656 abituriyent qeydiyyatdan keçib.

 

Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

 

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

 

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"