“Bu xəstəliyə yeniyetmə oğlan və qızlarda rast gəlinir"

19:41 15-05-2020 | icon 1213 | Sağlamlıq
“Bu xəstəliyə yeniyetmə oğlan və qızlarda rast gəlinir"

Nərminə Abbasova: “Onları 15-16 yaşdan sonra mütəmadi olaraq terapevt endokrinoloqların müayinələrinə aparmaq lazımdır”

 

“Endokrin sonsuzluq son illər insanlar arasında daha geniş yayılmağa başlayıb, faiz göstəriciləri ilə desək, bu göstərici sonsuzluğun bütün səbəbləri arasında 60% təşkil edir. Bura bir neçə xəstəlik - yumurtalıqların, böyrəküstü vəzilərin xəstəlikləri, hipofiz vəzinin, şəkərli diabet zamanı ortaya çıxan problemlər, eyni zamanda qalxanabənzər vəzin xəstəlikləri zamanı yaranan sonsuzluq daxildir. Amma əgər biz sırf endokrinoloji problemlərdən yaranan sonsuzluqdan danışırıqsa, orda ilk növbədə yumurtalıqların endokrin funksiyasının pozulmasından  danışmalıyıq”.

 

Bu barədə Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova danışıb.

 

N.Abbasova bildirib ki, yumurtalıqların endokrin funksiyasının pozulmasına 30 xəstəlikdə rast gəlmək olar. Həkimin sözlərinə görə, onların arasında ən geniş yayılmışı yumurtalıqların polikistoz sindromudur:

 

Onun da 6-7 növü var. Bu birincili və ikincili ola bilər. Yumurtalıqların polikistoz sindromu başqa endokrin xəstəliklər zamanı polikistoz kimi yarana bilər. Bunları ayırd etmək üçün xəstələr mütləq hormon müayinələrindən keçməlidir. Qanda, sidikdə müəyyən müayinələr keçirildikdən sonra endokrin sonsuzluğun diaqnozu qoyulur. Ancaq o diaqnoz qoyulandan sonra müalicələrə başlamaq olar. Biz bunu ümumi endokrin sonsuzluq kimi götürsək, bu göstərici 70-ci illərdə 30-40% təşkil edirdisə, hazırda sonsuzluğun 70-90%-ni endokrin sonsuzluq problemi təşkil edir”.

 

 

 

Həkim-terapevt qeyd edib ki, bu xəstəlik həm qadınlarda, həm də kişilərdə rast gəlinir. Amma qadınlarda kişilərə nisbətdə daha çoxdur. N.Abbasova vurğulayıb ki, bunu yaradan başlıca səbəblər endokrin xəstəliklərdir:

 

“Bunlara yumurtalıqların polikistoz sindromu, yumurtalıqların üzülmə sindromu, yumurtalıqların rezistent sindromu, qalxanabənzər vəzin xəstəlikləri, böyrəküstü vəzin xəstəlikləri və s. daxildir. Anadangəlmə böyrəküstü vəzin hiperplaziyası da endokrin sonsuzluğu yaradır”.

 

 

 

Nərminə xanımın sözlərinə görə, bu xəstəliklərdə ümumi əlamətlər olur. Yeniyetmə dövründən başlayaraq aybaşı pozğunluqları, tüklənmə, piylənmə, bəzi insanlarda saçın tökülməsi, üzdə və bədəndə səpkilər və s. əlamətlər meydana çıxır:

 

“Bu xəstəliyə yeniyetmə oğlanlarda və ya qızlarda rast gəlinir. Oğlanlarda qeyd etdiyimiz xəstəlik boyun inkişafdan qalması kimi ortaya çıxa bilər və yaxud sidik-cinsiyyət problemləri yarana bilər. Yaxşı olar ki, analar mütləq oğlan uşaqlarını tez-tez pediatra aparsınlar. Çünki oğlanlar valideynlərdən çox zaman çəkinirlər və belə problemləri deməyə utanırlar. Bu da gələcəkdə daha böyük fəsadların yaranmasına gətirib çıxara bilər. Buna görə də valideynlər qız uşaqlarını da vaxtında həm də uşaq ginekoloqlarına göstərməlidir. 15-16 yaşdan sonra isə mütəmadi olaraq terapevt endokrinoloqların müayinələrinə aparmalıdırlar”.



 

Həkim-terapevt bildirib ki, böyrəküstü vəzlərin problemləri ən çox arterial təzyiqlə ortaya çıxır. Simptomlarından birincisi elə arterial təzyiqin qalxmasıdır:

 

“Əgər biz böyrəküstü vəzlərin şişlərindən danışırıqsa, burda həmin vəzilərin həm qabıq qatı, həm də beyin qatının şişlərindən söhbət gedir. Amma anadangəlmə böyrəküstü vəzin hiperplaziyasından danışırıqsa, qızlarda bu aybaşının pozulması, oğlanlarda isə cinsi inkişafın daha tez getməsi və boyun inkişafdan qalması ilə müşayiət olunur”.

 

Həkim deyir ki, bu da yeniyetmə dövründə özünü göstərir. Onun sözlərinə görə, 10-11 yaşına qədər onlarda inkişaf öz həmyaşıdlarından daha sürətli gedirsə, 11-12 yaşdan sonra əksinə olur:

 

 

 

“Bu zaman boyun inkişafı dayanır. Böyrəküstü vəzlərin anadangəlmə hiperplaziyası ağırlıq dərəcəsindən asılıdır. Elə uşaqlar var ki, onlarda xəstəlik doğulan gündən bəlli olur. Buna yalançı hermafroditizm də deyilir. 2-3 yaşına qədər bu özünü mütləq göstərir. Amma bəzən gizli formada da gedir və 10-11 yaşından sonra bəlli olur. Bu proses qızlarda tüklənmə, aybaşı pozğunluğu və yaxud aybaşının olmaması ilə ortaya çıxır”. 

 

DİQQƏT!

Əgər Endokrin sonsuzluq və böyrəküstü vəzilərin xəstəliyi haqqında daha çox məlumatlanmaq və müalicə olunmaq istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənilərə yeni bir "APREL SİLLƏSİ" vurulmalıdır” - MÜSAHİBƏ

28 ildir işğalda qalan Laçının deputatı niyə bu gün susdu?

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib