İcra başçıları və müavinlərinə İSTEFA ÇAĞIRIŞI

19:53 16-05-2020 | icon 397 | Sosial
İcra başçıları və müavinlərinə İSTEFA ÇAĞIRIŞI

Fuad Əliyev: “Oğurladığınız pulları könüllü olaraq büdcəyə qaytarın və istefa ərizənizi yazın”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev həftə sonu gündəliyi dəyərləndirib. O, bunu öz “youtube” səhfəsində paylaşıb.

 

Versus.Az xəbər verir ki, ALDP sədri gündəmdə olan bir neçə məsələyə toxunaraq öz fikirlərini bildirib.

 

 

 

Partiya sədri vurğulayıb ki, artıq mayın 18-dən karantin rejimi daha da yumuşalır. SMS vasitəsilə icazə ləğv olunur, kafe və restoranlara fəaliyyət göstərmək üçün icazə verilir, 65 yaşdan yuxarı olan vətəndaşlara evdən çıxmaq icazəsi verilir:

 

“Artıq biz karantin rejimindən mərhələli şəkildə çıxırıq. Amma tam çıxmaq üçün bizim hər birimizdən məsuliyyət tələb olunur. Hesab edirəm ki, karantin dövründə tətbiq olunan bəzi qaydalara riayət etməyə davam etməliyik. Bunu etməsək virusun ikinci, üçüncü dalğası gələ bilər. Bunu da yəqin ki, heç kim istəməz".

 

"Partiya və siyasi təşkilatlarla danışıqlara start veririk"

 

ALDP sədri partiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərini də bölüşüb:


"Mayın 18-dən siyasi aktivlik demək olar ki, bərpa olunur. Liberal demokrat partiyası olaraq biz seçki məcəlləsinə bəzi maddələrin dəyişilməsi, proporsional seçki sisteminin bərpası, parlamentdə deputatların sayının artması, Bakı, Gəncə və Sumqayıt şəhər bələdiyyələrinin yaradılması, bələdiyyələrin fəaliyyətləri və icra strukturlarının ləğvi məsələlərilə bağlı digər partiya və siyasi təşkilatlarla danışıqlara başlamaq niyyətindəyik. Yaxın günlərdə bu təklifləri iqtidar nümayəndələrinə göndərəcəyik.
Bu konstitusiya islahatları, seçki ilə bağlı təkliflər, sosial, iqtisadi sahəsinə aid olan təkliflər, korrupsiyaya qarşı mübarizə sahəsinə aid təkliflər və sözsüz ki, Qarabağ münaqişəsi ilə bağlı təkliflərimizi verəcəyik. Hesab edirəm ki, ümummilli mövqe nümayiş etdirmək üçün Qarabağ problemini müzakirə etməklə bağlı əlverişli ictimai mühit formalaşıb. Fikrimcə, iqtidar-müxalifət dialoqu Qarabağ probleminin müzakirəsindən başlasa yaxşi olardı.

 

İkinci məsələ sosial problemlərlə bağlı ola bilər. Başa düşürəm ki, koronavirusa görə iqtisadiyyatımıza böyük zərbə dəyib. İqtisadiyyatımızın sütunu olan neftin qiyməti düşüb. Bununla bağlı hökümət çox ciddi qərarlar qəbul etməlidir. Əgər neftin qiyməti yenə də aşaği düşsə manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq.
Sosial müavinətları, təqaüdləri heç olmasa bu səviyyədə saxlamaq üçün qabağlayıcı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarların fəaliyyəti üçün əlverişli mühit yaradılmalıdır. Kiçik sahibkarlar vergidən ümumiyyətlə azad olmalıdırlar. Baxın, bir pandemiyaya görə neftin qiyməti azaldı. Sabah başqa bir problem ola bilər, misal üçün, bizə yaxın bölgələrdə müharibə ola bilər. Bunları nəzərə almaq lazımdır. Qeyri-neft sektorunu sözdə yox, əməldə inkişaf etdirmək lazımdır. Bu olmasa biz çox ciddi problemlərlə üzləşə bilərik".

 

F.Əliyev həbslərlə bağlı məsələyə toxunub:
"İcra başçılarının, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətində yuksək vəzifə daşıyanlar həbs olundular. Korrupsiya faktları üzə çıxdı. İcra strukturlarında demək olar ki, bütün rayonlarda bu faktlar var. İcra başçılarına, onların müavinlərinə bir tövsiyə vermək istəyirəm. Oğurladığınız pulları könüllü olaraq büdcəyə qaytarın və istefa ərizəsini yazın. Yoxsa sizi də həbs gözləyəcək. Bu, digər məmurlara da aiddir. Hətta bu məsələ sənə aid olmasa belə rəhbərlik etdiyin adamların adı çəkilirsə, sən dərhal istefaya getməlisən. Normal, demokratik cəmiyyətdə də belədir"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"