""Milli Şura" fiaskoya uğrayıb"

16:09 18-05-2020 | icon 279 | Siyasət
""Milli Şura" fiaskoya uğrayıb"

Ehtiram Mehtiyev: "İqtidarın uğurla həyata keçirdiyi islahatlara müxalifət də qoşulmalıdır"

 

"Azərbaycanda bu günə qədər "Milli Şura" kimi fiaskoya uğramış ikinci siyasi təşkilat olmayıb".

 
 
Versus.Az xəbər verir ki, bunu "Milli Şura" ətrafında baş verənlərlə bağlı açıqlamasında AXCP-nin sədr müavini Ehtiram Mehtiyev bildirib.
 
 
Onun sözlərinə görə, "Milli Şura"-da təmsil olunanların əksəriyyəti siyasi qalıqlardır:
 
"Məlum video batmaqda olanları dərin suallara qərq etdi. Xilas yolu siyasətdən birdəfəlik getməkdir. Çətin də olsa onlar bu cəsarətli addımı atmalıdırlar".
 
 
80-ci illərdən sonra doğulan yeni nəsil gəncliyin "Milli Şura" kimi siyasi təşkilatları qəbul etmədiyini deyən E.Mehtiyev vurğuladı ki, intellektual gəncliklə milli olmayan təşkilatlar arasında kəskin uçurum var:
 
"Gənclik yenilik, inkişaf axtarır, onlar isə kreslolarını möhkəmlətməyin yollarını. Ümumiyyətlə, siyasi mübarizənin status-kvo şərtləri tez bir zamanda dəyişdirilməli, iqtidar tərəfindən uğurla həyata keçirilən islahatlara müxalifət də qoşulmalıdır".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Şuşa inauqurasiyası, mən, qarğalar…

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib