Laçının işğalının 28-ci ildönümü ilə bağlı BƏYANAT

16:25 18-05-2020 | icon 303 | Qarabağ
Laçının işğalının 28-ci ildönümü ilə bağlı BƏYANAT

"Bir daha bölgənin erməni icmasını dialoqa dəvət edirik"

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

“1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Laçın Azərbaycan Respublikasının Ermənistan ilə sərhədində yerləşən, çox böyük strateji əhəmiyyətə malik bölgələrindən biridir.

 

Ermənistan silahlı qüvvələrinin Laçına hücumu rayonun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndinin işğal altına düşməsinə gətirib çıxarıb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən talana və məhvə məruz qalıb. 77 mindən çox Laçın sakini məcburi köçkünə çevrilib və onların mülkiyyətləri talan edilib. Laçından olan məcburi köçkünlər müvəqqəti olaraq Azərbaycan Respublikasının 57 şəhər və rayonunda məskunlaşıb.

 

6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq Ermənistanın işğalı nəticəsində vandalizmə məruz qalıb ki, bu da rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsindən yalnız bir neçəsidir.

 

Laçının işğalından sonra rayon ərazisində təbii resurslar talan edilib. Digər işğal olunmuş ərazilərdə olduğu kimi xüsusilə Suriyadan olan erməni əsilli qaçqınlar qanunsuz olaraq Laçın rayonunda məskunlaşdırılıb. Laçının işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 77 mindən çox azərbaycanlının ən təməl insan hüquqlarını pozaraq rayonun demoqrafik tərkibinin dəyişdirilməsi istiqamətində Ermənistanın atdığı addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

 

Laçının ardınca Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədlərinə daxil olmayan Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalı Ermənistanın əsl məqsədinin güc yolu ilə yeni ərazilərin qəsb edilməsindən, ekspansiya siyasətindən ibarət olduğunu bir daha sübut edib.

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən bütün işğal edilmiş Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış 1 milyondan çox olan azərbaycanlılar adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını tələb etməyi çağırırıq.

 

Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə xidmət edən açıqlamaları və Azərbaycan ərazilərinin ilhaqına yönəlik çağırışları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurmaqda davam edir.

 

Bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların, o cümlədən laçınlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər.

 

Buna görə də, biz – Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bölgənin erməni icmasını dialoqa dəvət edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənilərə yeni bir "APREL SİLLƏSİ" vurulmalıdır” - MÜSAHİBƏ

28 ildir işğalda qalan Laçının deputatı niyə bu gün susdu?

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib