Bakıdakı dəhşətli yanğından beş il keçir - FOTO

11:43 19-05-2020 | icon 189 | Cəmiyyət
Bakıdakı dəhşətli yanğından beş il keçir - FOTO

Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından beş il ötür.

 

Versus.Az xəbər verir ki, 2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

 

Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.

 

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. 

 

Dəhşətli yanğında ölənlərin adları:

1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)

2. Kərimova Ayan Anar qızı (5 yaş)

3. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)

4. Cavadov Ömər Vüqar oğlu (1 yaş)

5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)

6. Eyvazov Davud Hamir oğlu (16 yaş)

7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)

8. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)

9. Kərimova Nazilə Malik qızı (39 yaş)

10. Bağırov Sahib Rəhim oğlu (49 yaş)

11. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)

12. Həsənova Alla Antonovna (58 yaş)

13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)

14. Boykova Lyubov Viktorovna (87 yaş)

15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb