Deputatdan TƏKLİF: Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllər qoyulsun

15:53 19-05-2020 | icon 86 | Siyasət
Deputatdan TƏKLİF: Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllər qoyulsun

Qənirə Paşayeva: "Bu, ölkəmizə gələn insanlara həqiqətlərin daha geniş çatdırılması istiqamətində vacib addım olardı"

 

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib ki, Ermənistanın indiki və sabiq rəhbərliyinin terroru və faşizmi dəstəkləyən əməlləri bir çox beynəlxalq təşkilatlarda Azərbaycan Prezidenti tərəfindən yüksək səviyyədə ifşa olunub və olunmaqda davam edir.

 
 
Versus.Az-ın məlumatına görə, Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın əvvəlki rəhbərliyinin alman faşizmi ilə əməkdaşlıq edən Qaragen Nijdeyə qoyduğu heykəli Ermənistanın yeni rəhbərinin götürməməsini, tam əksinə bu heykəlin qoyulması ilə bağlı bəraətverici çıxışlarını faşizmi dəstəkləyən əməllər olmasını bütün beynəlxalq platformalarda geniş şəkildə ifşa edib.
 
 
Millət vəkli vurğulayıb ki, Azərbaycan Prezidenti eyni zamanda, Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq terrorçu Monte Melkonyana qoyduğu heykəlin Ermənistanın yeni rəhbərliyi tərəfindən götürülməməsinin, tam əksinə dəstəklənməsinin onun beynəlxalq terrora verdiyi dəstəyin bir örnəyi olduğunu geniş ifşa edib:
 
"Cənab Prezidentin Ermənistan rəhbərliyinin faşizm düşüncəsini, terroru dəstəkləyən əməllərini ifşa etməsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşist Almaniyası ilə geniş əməkdaşlığı tarixi faktlarla sübut olundu və Ermənistan rəhbərliyinin iç üzü dünyada daha geniş şəkildə ifşa olundu. Bütün bunlardan sonra Ermənistan Cümhuriyyət tariximizə və Cümhuriyyət qurucularımlza qondarma erməni soyqırımı yalanları kimi yalanlarla hücumlara başlayıb. Bu yalanlara dünyanın harasında doğulub və harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, tarixçilərimiz, siyasətçilərimiz, diaspor təşkilatlarımız, mətbuat qurumlarımız fəal şəkildə cavab verməlidir. Erməni yalanlarının ifşası üçün səfərbərliyimizi daha da artırıb həqiqətləri dünyaya daha geniş çatdırmalıyıq. Biz bu həqiqətləri hər yerdə geniş yaymalıyıq ki, Cümhuriyyət qurucularımızın bir hissəsi də məhz erməni terrorunun qurbanı olub, onlar tərəfindən qətlə yetiriliblər. Ermənilər Cümhuriyyət qurucularımızın qətlə yetirilməsi ilə bağlı bir siyahı hazırlamışdılar. Baş nazirimiz, İstiqlal Bəyannaməsində imzası olan Fətəli Xan Xoyski, Parlamentin sədr müavini, İstiqlal Bəyannaməsində imzası olan Həsən bəy Ağayev Tiflisdə, Qarabağın qurucu xanı Pənahəli xanın nəticəsi olan Daxili İşlər nazirimiz Behbud xan Cavanşir İstanbulda erməni terrorunun qurbanı oldular, ermənilər tərəfindən xaincəsinə qətlə yetirildilər. Bu böyük şəxsiyyətlərimizin ermənilər tərəfindən qətlə yetirilməsinin 100-cü il dönümü tamam olur. Çox yaxşı olardı ki, Bakının mərkəzi yerlərində erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın büstləri və ya heykəlləri qoyulsun və orada onların məhz erməni terrorunun qurbanı olduqları, ermənilər tərəfindən qətlə yetirilməsi qeyd olunsun. Bu, ölkəmizə gələn çoxlu sayda insanlara həqiqətlərin, gerçəklərin daha geniş çatdırılması istiqamətində də vacib addım olardı".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?