190 manatı ala bilməyən vətəndaş aksiya keçirir - FOTO + RƏSMİ AÇIQLAMA

22:33 19-05-2020 | icon 186 | Sosial
190 manatı ala bilməyən vətəndaş aksiya keçirir - FOTO + RƏSMİ AÇIQLAMA

"Bunun səbəbini deyənə kimi də burada qalacağam”

 

Bakı şəhəri Yasamal rayon sakini Əsədi Vasif Vidadi oğlu 2019-cu ilin dekabr ayında işsiz və işaxtaran kimi qeydiyyata düşsə də, xüsusi karantin rejimi dövründə belə şəxslər üçün nəzərdə tutulmuş 190 manat məbləğində məvacibi ala bilmədiyini iddia edir.


Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında V.Əsədi bildirib ki, müavinətin verilməsi ilə bağlı qərar çıxdıqdan sonra 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinə müraciət edib.

 

Onun sözlərinə görə, mərkəzdən bildirdilər ki, sənin müraciət etməyinə ehtiyac yoxdur, onsuz da işsiz kimi qeydiyyatdasan və sənə 190 manatı almağın üçün mesaj gələcək:

"Amma nə qədər gözləsəm də mənə bu mesaj gəlmədi. Onu da qeyd edim ki, subayam, tək yaşayıram, hər hansı mülküm və ya pay toprağım yoxdur. Həmçinin dövlətdən əlilliyə və aztəminatlılığa görə də heç bir müavinət almıram. Buna görə də işsiz kimi qeydiyyata düşdüyüm 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinə dəfələrlə müraciət etdim ki, mənə niyə verilmədi 190 manat. Hər dəfə məni bir bəhanə ilə “yola verdilər”. Bu gün gəldim və mərkəzin müdür müavini Fərəc müəllimin qəbulunda oldum. Mənə dedi ki, “sən haqlısan, amma bizim əlimizdən bir şey gəlmir”. Mənə 190 manatın niyə verilmədiyini heç nə ilə əsaslandıra bilmədilər. Ona görə də 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin qarşısında tək nəfərlik aksiya keçirirəm. Bunun səbəbini deyənə kimi də burada qalacağam”.


 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov açıqlamasında bildirdi ki, işsiz kimi qeydiyyatda olan və bunun üçün müraciət eliyən vətəndaşların hər birinə birdəfəlik ödəmə təyin edilmir:

“İşsiz və işaxtaran üçün təyin olunmuş 190 manatın verilməməsi ilə bağlı vətəndaşın müraciəti araşdırılmalıdır. Çünki işsiz kimi qeydiyyatda olan və bunun üçün müraciət eliyən vətəndaşların hər birinə birdəfəlik ödəmə təyin edilmir. Nazirlər Kabineti tərəfindən təsdiq edilən qaydalara və meyarlara uyğun olaraq, əgər işsiz olmasına baxmayaraq dövlətin hər hansı bir sosial ödənişini alırsa, aztəminatlılıq meyarına və ya qərarda qeyd edilən digər meyarlara uyğun gəlmirsə ona birdəfəlik ödəmə verilmir. Çox güman ki, Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq o meyarlara cavab vermədiyinə görə həmin vətəndaşın ödənişindən imtina edilib”. /yeniavaz.com/

 


 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?