"Əli Kərimlinin fırtınası bax budur"

01:36 20-05-2020 | icon 405 | Siyasət
"Əli Kərimlinin fırtınası bax budur"

Sərdar Cəlaloğlu: "İqtidar-müxalifət münasibətlərinin düzəlməməsinin səbəbkarı da bu iki partiyadır"

 

Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu TV Müsavatın “Canlı debat” verilişində Milli Şuranın keçirdiyi və geniş ictimaiyyətə yayılan zoom konfransdakı biabrçılıqdan danışıb.

 

Versus.Az xəbər verir ki, ADP sədri sözügedən zoom konfransının Azərbaycanda siyasi mədəniyyətin aşağı olduğunu bir daha sübut etdiyini vurğulayıb.

 

"Mən sənin kimi bu hökumətə “atmamışam”, ayda 50-100 min almamışam, sövdələşməyə getməmişəm, deputat olmamışam"

 

Onun sözlərinə görə, konfrans iştirakçıları etik davranışlara riayət etməyiblər:

"Bunlar zoom konfrans keçirirlər. Biri oturub maykada, o biri çay içə-içə, bir başqası siqaret çəkərək. Əgər belədirsə, bu konfransı niyə yayırsız? İkincisi, bir-birinizə hörmət edin. Nə olar zoom konfrans olanda? Azərbaycanda siyasi mədəniyyət aşağıdır. Siyasi partiya funksionerlərinin davranışları siyasi liderlərin davrabışına uyğun deyil. Hər bir peşənin bir etikası var. Xüsusən xalqın qabağına çıxanda etik davranmağı öyrənin”.

 

"30-40 dənə də özünün dediyi kimi, “facebook fırtınası” var"

 

S.Cəlaloğlu AXCP sədri Əli Kərimlinin trol ordusu barədə də danışıb. O, bu günə qədər Milli Şuranın fəaliyyəti ilə maraqlanmadığını, Əli Kərimlinin hər hansı televiziya çıxışını izləmədiyini, onun hər hansı tezisinə qulaq asmadığını bildirib:

“Qulaq asmaq fikrim də yoxdur. Mən Milli Şuranın Azərbaycan xalqı, siyasəti üçün hər hansı bir əhəmiyyət daşıyacağına inanmıram və bunu qəbul da etmirəm ki, bunun nə anlamı var. Təbii ki, özünün təbliğatı ilə məşğul olan Sevinc Osmanqızı və Qənimət Zahid var ki, səhər-axşam onu təbliğ edirlər. 30-40 dənə də özünün dediyi kimi, “facebook fırtınası” var. Əli Kərimlinin bir müavini vardı, Asif Quliyev. Partiyadan uzaqlaşdırılandan sonra gəlmişdi mənim yanıma. Ondan soruşdum ki, biz hər dəfə internetdə çıxış edəndə videonun altına söyüşlər yazanlar kimlərdir. Dedi, Sərdar bəy, biz özümüz 200 manat maaşla 5-6 nəfər tutmuşuq, hərəsinin də 10-15 saxta hesabı var. Bunlar nə edir? Azərbaycan müxalifəti çıxış edəndə videonun altına “xain, erməni, ikiüzlü” kimi sözləri yazırlar, iqtidar nümayəndələri çıxış edəndə isə lap küçə söyüşləri yazırlar. Əvəzində Əli Kərimli çıxış edəndə bu trol ordusu başlayır ki, xalqın lideri, səndən ötrü ölürük falan. Əli Kərimlinin fırtınası bax budur. 30 ildir bir dənə ADP nümayəndəsi tapsaz ki, etikadan kənar bir söz deyib, mən siyasətdən getməsəm, insan deyiləm. Amma Əli Kərimlinin o tərəfdarları atası yaşında olan siyasətçilərə ən ağır sözləri yazırlar. İsa Qəmbər Almaniyadan müalicədən gələndə televiziyada kiçik bir açıqlama vermişdi. O videonun altında Əli Kərimlinin tərəfdarları nələr yazmışdılar onun haqqında. Söyüş, təhqir. Bu, insanlıq deyil. Bu, fırtına deyil, siyasətçiyə ləkədir. Sən pulla trol ordusu düzəltmisən. Bu, su bulandırmaqdır. Milli Şura da su bulandırmaqla məşğuldur”.

 

ADP sədrinin sözlərinə görə, tez-tez “Əli Kərimlinin ətrafında birləşin” deyə çağırışlar səsləndirilir. O, bunun baş tutmaması səbəblərinə də toxunub:

“Sən nə zaman dəvət etdin, partiyalar sənin ətrafında birləşmədi? Ya sən hansı müxalifət partiyasının dəvətini qəbul etdin? Bunların arqumenti budur da. Bunlar müxalifətdir, qalanlar hamısı satqındır. Sən necə iki dəfə deputat oldun, hər dəfə 6 nəfərlə? Qüdrət Həsənquliyev, Asim Mollazadə, Cəmil Həsənli... Bunların sənlə kimlər arasında əlaqə yaratdığını, hökumətlə hansı işlər gördüyünüzü sən özün mənə demisən də. Ona görə də sonradan bu həmin şəxslər deputat olublar. Vasitəçilik prosesində hökumətin sevimli adamlarına çevriliblər. Əli Kərimli kimi bir adamı iqtidara yaxınlaşıblar. Sən indi nəsə “atmısan”, aranız dəyibsə bu hökumətlə, indi deyirsən ki, gəlin siz də düşmən olun. Mən sənin kimi bu hökumətə “atmamışam”, ayda 50-100 min almamışam, sövdələşməyə getməmişəm, deputat olmamışam. Azərbaycanda parlament müxalifəti deyilən şəxslərin hamısı Əli Kərimlinin müavinləri olub. Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Mustafa, Cəmil Həsənli. Necə ola bilir ki, bir partiyanın 6 nəfər müavini hökumət tərəfə keçib?”

 

"Belə çıxır ki, Azərbaycanda yeganə müxalifət bunlardır, bunlar da bu gündədir”

 

S.Cəlaloğlu efir vasitəsilə Ə.Kərimliyə müraciət də edib:

“Mən burdan da Əli Kərimliyə deyirəm ki, trollarını yığışdırsın. Mən onun üstünə trol-filan göndərməyəcəm. Çıxıb bu efirdən öz sözümü deyəcəm. Əli Kərimli bu günə qədər müttəfiqlik etdiyi hər kəsə xəyanət edib. Elçibəyə də, İsa Qəmbərə də, Etibar Məmmədova da. Özü də bunu mənə etiraf edib ki, məni xəyanətkar kimi tanıyırlar. Bunların toplantısı hər zaman qapalı olub. İndi birdən cəmiyyətə açıq müzakirə apardılar. Məlum oldu ki, bunların siyasi etikası, intellektual səviyyəsi nə gündədir. Partiyanın sədri deyir ki, mənim “zaryadkam” qurtaracaq. Bir azdan da yox oldu. Evdəsən, telefonunu “zaryadka”ya qoy da. Qeyri-ciddi. Bu da iqtidarın əlinə dəstəvuz verdi ki, baxın, bunlar hansı səviyyənin sahibidir. Milli Şuranın qadın üzvünə əxlaqsız bir mövzunu çılpaq şəkildə izah edirsən. Bir kişi bir qadınla bu ritorika ilə danışar? Belə çıxır ki, Azərbaycanda yeganə müxalifət bunlardır, bunlar da bu gündədir”.



"O Qurgendirsə, sən də Qurgensən"

 

S.Cəlaloğlu zaman-zaman Ə.Kərimlinin hakimiyyətə gələcəyi ilə bağlı söhbətlərin də artıq lətifəyə çevrildiyini deyib:

“O vaxt da söhbət gedirdi ki, bəs Əli Kərimlini Amerika gətirir hakimiyyətə. Mən də dedim ki, Amerika Əli Kərimliyə 7 ildir xarici pasport ala bilmir, bunu necə gətirir hakimiyyətə? Birinci pasportunuzu alın, sonra gəlin hakimiyyətə. O trol ordusuna iki dəqiqədən bir mənim haqqımda “Qurgenin qardaşı” yazdırır. Qurgen də Qurban Məmmədovu deyir. Bu Qurban səni maliyyələşdirəndə prezident kimi tədim edəndə yadına düşmürdü ki, Qurgendi? İndi nədəsə - almaqda, verməkdə, paylaşmaqda – aralaşmısız. Pul verirdi sənə. Ayda nə qədər yardım edirdi Əli Kərimliyə. Başqa naxçıvanlı uşaqları da təşviq edirdi ona yardım etsin. Qurgenin qardaşı ermənisən, ya mən? O Qurgendirsə, sən də Qurgensən”.

 

S.Cəlaloğlu eyni zamanda Azərbaycan müxalifətinin bir araya gəlməməsi səbəblərinə də toxunub. Onun sözlərinə görə, buna mane olan konkret qüvvələr var:

“Azərbaycan müxalifətinin bir araya gəlməsinin qarşısında dayanan AXCP (Milli Şura) və Müsavatdır. 30 ildir Azərbaycanda iqtidarın dəyişməməsinin və iqtidar-müxalifət arasındakı münasibətlərin düzəlməməsinin səbəbkarı da bu iki partiyadır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir